Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Çəmran İmamın (r) hüzurunda

Bu onun iştirak etdiyi son iclas idi
Dünya imperializminin mənafelərinə ötən əsrdə ən böyük zərbə olmuş İran İslam İnqilabının fədakar şəxsiyyətlərindən olan Mustafa Çəmran hər bir mömin üçün mübarizə simvolu ola bilər. Mustafa Çəmranla bağlı xatirələr çoxdur.
Müharibədə yaralanan Çəmran əl ağacını kənara qoyub çətinliklə yeriməyə başladığı zaman İmam Xomeyninin görüşünə gəlir. Cəbhədə əməliyyat vəziyyəti barədə danışan Çəmran İmamı mövcud vəziyyətlə məlumatlandırır. O döyüşçü yoldaşları ilə Əhvazda cəbhə xəttini gəzdikdən sonra kifayət qədər zəruri məlumat toplamışdı. İmam onu ata kimi dinləyir və yeri gəldikcə məsləhətlərini verib, döyüşçülərə dua edirdi.
Cəbhədə istənilən bir durğunluq Çəmranı narahat edirdi. O öz təklifləri, ixtiraları ilə süstülüyü aradan qaldırır, döyüşçüləri həvəsləndirirdi. Çəmran təkid edirdi ki, Allahu Əkbər yüksəklikləri kimi strateji mövqelərə tezliklə hücum edilsin. Bu əməliyyatlar baş tutsaydı İraq qoşununun şimal qüvvələri ilə cənub qüvvələri arasında əlaqə kəsilirdi. Nəhayət, Çəmranın təklifi ilə əməliyyat baş tutdu və yüksəkliklər fəth edildi. Bu qələbə müharibə tarixinin ən böyük qələbələrindən idi.
Çəmran Allahu Əkbər yüksəkliklərinə birinci qədəm qoyanlardan oldu. Hansı ki düşmən yaxın nöqtələrdən müqavimət göstərirdi. Bəziləri bu əməliyyata ümidsiz baxdığı zaman Çəmran sürətlə irəli gedir və strateji nöqtələri bir-birinin ardınca ələ keçirirdi.
Allahu Əkbər yüksəkliklərinin fəthindən sonra təklif etdi ki, düşmən yeni mövqelərdə möhkəmlənməmiş növbəti hücum əməliyyatı reallaşsın. Şəhid Çəmran Dehləviyyənin fəthi planını isar və fədakarlıqla həyata keçirdi. Dehləviyyənin fəthi çox təhlükəli bir əməliyyat idi. Mömin döyüşçülər ixtira etdikləri körpüləri işə salaraq çaydan keçdilər və düşmənin ürəyini hədəfə aldılar. Beləcə Dehləviyyə fəth olundu. Bəni Sədrin işdən kənarlaşmasından sonra bu ilk qələbə idi. Bu qələbə növbəti qələbələr üçün müqəddimə sayıla bilərdi.
Allahu Əkbər yüksəkliklərinin fəthindən bir ay sonra mərhum Ayətullah İşraqinin iştirakı ilə Ali Müdafiə Şurasının xüsusi iclasında Çəmran növbəti hücum təklifi ilə çıxış etdi. Bu onun iştirak etdiyi son iclas idi və həmin günün səhəri çox qəmli və ağır bir gün oldu...


Vilayet.nur-az.com
Oxunub 1909 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP