Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Kemp-Devid sazişinin ildönümü

Cənab Rəhbər: Sionizmə yumruq göstərməsən onlar kiməsə rəhm etməz...
Fələstin mövzusunda sazişlər silsiləsində bu xətt Kemp-Deviddə zirvə nöqtəsinə çatır. Madriddə gərginləşən danışıqlar Osloda kağız üzərinə gəldi, Vaşinqtonda və Kemp-Devid 2-də kluminasiyasına yüksəldi. 26 şəhrivər (17 sentyabr) Kemp-Devid sazişinin imzalanmasının 36-cı il dönümüdür. Bu saziş o zamankı Misir prezidenti Ənvər Sadat, sionist rejimin baş naziri tərəfindın imzalandı. Sazişə ABŞ prezidenti nəzarət edirdi. Inqilab Rəhbəri saziş barədə buyurur: “Kemp-Devid sazişi ilə başlayan xəyanətkar fəaliyyətlər Müqavimət Hərəkatının yatırılmasına, Fələstin və ərəb dövlətlərinə İsrailin legitimliyinin qəbul etdirilməsinə hesablanıb.
Yasər Ərəfat bir zaman müqavimətin lideri sayılırdı. Amma bu şəxs sonradan Fələstin üzərində oyunların ifaçısına çevrildi. Yasər Ərəfat İsraili qorxuya salan müqavimət strategiyasını kənara qoydu, işğalçılarla danışığa getdi.
1929-cu il, 4 avqustda əsl adı Məhəmməd Əbdül-Rəhman Əbdül-Rauf Əl-Qədurə Əl-Hüseyni olan Yasər Ərəfat Misir paytaxtı Qahirədə fələstinli ailəsində dünyaya gəlib. Atası tacir olub. Anası əslən Beytül-Müqəddəsdəndir. Yasər Ərəfat 5 yaşında anasını itirib. Atası onu Beytül-Müqəddəsə dayısının evinə göndərib. O zaman Fələstin paytaxtı Britaniya əsgərlərinin çəkməsi altında idi. Fələstinlilər İngilislərlə mübarizəyə qalxmışdılar. Yasər ərəfatın uşaqlıq xatirələri arasında ingilislərin onun dayısının evinə hücumu hadisəsi xüsusi yer alıb. Bu hadisədə ailə üzvləri yaralanıb. Bu hadisədən 4 il sonra Yasər Ərəfat Misirə qayıdıb, təhsilini davam etdirib.
Qahirə Universitetini bitirdikdən sonra Küveytə gedib, orada dostları ilə mühəndis şirkəti yaratmaq istəyib. Amma vaxtının çoxu siyasi işlərə sərf olunub. O zaman Əbu-Əmmar kimi tələbəlik arzularının arxasınca gedib.
Ərəfat 1958-ci ildə Xəlil Əl-Vəzir (Əbu-Cihad) Xalid Yəşruti və Səlah Xələf ilə Fələstin Azadlıq Təşkilatını (FAT) yaradıb. Bu təşkilat gizli təşkilat sayılırdı. Onlar sionist rejimə qarşı siyasi jurnal çapına başlayırlar. Küveytdə bünövrəsi qoyulan təşkilata fələstinli mühacirlər qoşulmağa başlayır. Silahlı mübarizə yolu ilə Fələstini azad etmək fikirində olan gənclər FAT-a həvəslə qoşulur. Təşkilat üzvlərinə partizan döyüşü qaydaları öyrədilir. Təşkilatın mərkəzi şurasının qərarı ilə 1964-cü ilin dekabr ayında ilk hərbi əməliyyat keçirilir, işğal olunmuş ərazilərdə sutəmizləmə zavodu yaradılır.
Bu uğurlu əməliyyatdan sonra Ərəfat böyük arzularla Küveyti tərk edir, İordaniyada təşkilatın möhkəmlənməsi üçün işə başlayır. Miladi 60-cı illərdə təşkilat üçün ən mühüm hadisə sionist rejimin İordaniyanın Əl-Kəramə kəndinə hücumu olur. FAT sionistlərin hücumuna ciddi müqavimət göstərir. Böyük qurbanlar bahasına olsa da sionistləri geri çəkilməyə vadar edirlər. FAT tarixində Əl-Kəramə döyüşü xüsusi yer alıb. Sionist rejimin proqnozlarının ziddinə olaraq döyüş başa çatmazdan 48 saat qabaq 5 min fələstinli FAT-a üzv yazılır. Əl-Kəramə döyüşlərindən sonra iordaniyalılar və fələstinlilər arasında birlik yaranır. Amma fələstinli partizanların gücləndiyini görən İordaniya kralı onlarla vuruşa başlayır. 1970-ci ilin sentyabr ayında qanlı döyüşdə çoxsaylı fələstinlilər qətlə yetirilir. Həmin döyüş Qara Sentyabr adı ilə tanınır. Bu hadisədən sonra Ərəfat İordaniyadan çıxır, Suriya və Livana üz tutur. FAT tərkibində Qara Sentyabr qrupu adlanan hərbi birləşmə yaranır. Bu qrup bir müddət sonra Münhen olimpyadasında 11 sionisti qətlə yetirməklə intiqam alır. Bu hadisədən sonra FAT sionizmə qarşı ən mübariz qrup kimi tanınır. Yasər Ərəfatın BMT-də çıxışı Fələstin Azadlıq Təşkilatını bütün müsəlmanlara sevdirir.
Təəssüf ki, FAT və onun mübariz liderinin inqilabi həyatı uzun sürmür. 1988-ci ildə təşkilatın siyasi kursu dəyişir, keçmiş mübarizə siyasətindən imtina olunur. Yasər Ərəfat BMT-nin Cenevrədəki xüsusi toplantısında kimsənin gözləmədiyi bir çıxışla öz mübariz imicini puça çıxarır. O deyir: “ FAT məntəqədə, xüsusilə Fələstində sülh və təhlükəsizliyin bərqərar olması üçün İsrail və qonşu ölkələrə qarşı cihad fəaliyyətlərinə son qoyur! Beləcə FAT 1988-ci ildə İsrailin legitimliyini qəbul edir, BMT təhlükəsizlik şurasının 242-ci qətnaməsinə səs verir.
1988-ci ili Yasər Ərəfat və FAT-ın süqut ili adlandırmaq olar. O hətta Fələstin problemini bu ölkənin daxili işi adlandırmaqla İslam dünyasının fəaliyyətlərinə maneə yaradır. Inqilab rəhbəri həmin günlərdə cümə namazı xütbəsində buyurur: “Yasər Ərəfat mübarizə aparmır. Onun mövqeyi Ənvər Sadatın 10 il əvvəlki mövqeyidir. Yasər Ərəfatın mövqeyi Kral Hüseynə qarşı bir neçə il öncəki mövqedir. O da əvvəllər inkar edirdi, sonradan mövqeyini dəyişdi. Yəni İsraillə müzakirəyə, Amerika ilə barışığa getdi. Mübarizəni öpüb kənara qoydular...”
5-il sonra Yasər Ərəfat öz silahını belə yerə qoyub Amerikaya, sionistlərlə müzakirəyə getdi. İşğalçı rejimin baş naziri İshaq Rabinlə Oslo bəyannaməsini imzaladı. O öz imzası ilə müqavimət şəhidlərinin qanını tapdadı, işğalçı rejimi rəsmi olaraq tanıdı. Hətta kamera qarşısında İshaq Rabinlə əl görüşdü. Bununla dünyaya mesaj verildi ki, Yasər Ərəfat adlı mübariz öz keçmişindən imtina etdi.
Bu sülh müqaviləsi Fələstin xalqı üçün yalnız məhdudiyyətləri artırdı. Sionist Rejim işğal olunmuş torpaqlara, Fələstinin təbii sərvətlərinə nəzarətini gücləndirdi. Yəni Ərəfatın müzakirələri nəinki Fələstinin durumunu yaxşılaşdırmadı hətta vəziyyət daha da gərginləşdi.
Yasər Ərəfat öz sazişçi siyasətinə son qoymadı. Oslo-2 müzakirələrində (1995 sentyabr) FAT-ın bütün bünövrə idealarından imtina etdi. Ərəfat sionistlərə söz verdi ki, Fatın əsasnaməsindən İsrailə qarşı bütün bəndləri çıxaracaq.
Ərəfatın müqavimət idealarından imtinası sionizmin tamahını gücləndirdi. 2000-ci ildə yaxın şərqdə sülh müzakirələri Kemp-Devid 2-də təcəssümünü tapdı. Müzakirələrdə ABŞ prezidenti Klinton, İsrailin baş naziri Ehud Barak, Fələstin Azadlıq Təşkilatının rəisi yasər Ərəfat içtirak edirdi. Müzakirələrdə İsrail həyasızcasına qırmızı xətlər qoyub, tələblərini artırdı. O dörd əsas tələblə çıxış etdi:
İsrailin Qüds üzərində hakimiyyəti, 1967-ci il sərhədlərindən imtina, Fələstinin orduya malik olmaması, Qərb sahili və Qəzzə zolağında Sionist məskənlərinin tikilməsi. Ərəfat geri çəkildikcə İsrail irəli gəldi. Amma artıq Fələstin xalqı Ərəfatın dəyişdiyinə əmin olmuşdu və onu öz lideri saymırdı. Xalq Əl-Əqsa intifazəsi adı altında sionist rejimlə mübarizəyə başladı.
Ərəfat sionist rejimə yaxınlaşdıqca özünü mühasirəyə salırdı. Nəhayət Tel-Əviv FAT rəhbərini Ramullahda ev dustağı etdi. Artıq Ərəfatın Fələstin xalqı ilə rabitəsi qırılmışdı. Ağır xəstəlik də elə bu zaman onu yaxaladı.
Nəhayət sionist qüvvələri Ərəfata qarşı son fitnələrini həyata keçirdilər və arvadının sözlərinə əsasən Ərəfatı zəhərlədilər. Yasər Ərəfat 2004-cü il 11 noyabrda dünyasını dəyişdi. Bəli, sionistlər hətta onlara qucaq açmış Yasər Ərəfata rəhm etmədilər.
Bir müddət öncə tələbələrə görüşdə Cənab Rəhbər Yasər Ərəfatın aqibətini yada salaraq buyurmuşdur: “Sionistlər onlarla bu həddə sazişə getmiş Yasər Ərəfata dözmədilər, onu mühasirədə saxlayıb aldatdılar, zəhərləyib öldürdülər. Sionizmə yumruq göstərməsən onlar kiməsə rəhm etməz. Yalnız gücünü görüb səni hesaba alarlar. Bu rejimin yeganə əlacı Fələstinlilərin iqtidarla meydana girməsidir. Əgər Fələstin gücünü göstərsə bu canavarsifət rejimin geri cəkilməsinə ehtimal var.”

Vilayet.nur-az.com
Oxunub 5934 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP