Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Tam qələbə Qərb Sahilinin silahlandırılmasından keçir

Sionist rejimin iki dayağı vardı: mühacirət və hərbi imtiyaz - hər iki dayaq süstləşib!
Cənab Rəhbər Ayətullah Xamenei cümə axşamı günü İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullahla görüşündə düşmənin hiyləgər fitnəkarlıqlarına hazır olmaq zərurətindən danışdı. Cənab Rəhbər ehtimal olunan hücumlara hazırlıq və sionist rejimə qarşı Qərb Sahili ilə birləşməyi iki strateji nöqtə kimi qeyd etdi. Cənab Rəhbər görüşdə məntəqədəki hadisələrlə bağlı buyurdu: “Sionist rejimlə müharibə həyati əhəmiyyətli bir müharibədir...” Burada maraqlı nöqtələrdən biri Cənab Rəhbərin Qərb Sahilinin silahlandırılması məsələsi üzərində təkididir. 51 günlük müharibədə Müqavimətin qələbəsi İslam dünyasının taleyinə və Qərbin nüfuzuna necə təsir etdi? Regionda baş verəcək bundan sonrakı hadisələrlə bağlı nikbin olmaq mümkündürmü? Bu suallarla bağlı məntəqə üzrə ekspert cənab Hüseyn Ruyvəranla söhbəti nəzərinizə çatdırırıq.

Sual: Müqavimətin qələbəsi ilə başa çatam 51 günlük Qəzzə müharibəsi məntəqənin güc balansında yeni səhifə açdı. Sionist rejim Qərbin məntəqədəki iqtidar təzahürü olaraq məğlubiyyətə uğradı. Məntəqənin hazırkı durumunda sionist rejimlə müharibənin hansı təsirləri var?

Cavab: Unutmamalıyıq ki, sionist rejim Qərb kapitalizminin məhsuludur, yarandığı gündən Qərbin mənafelərinə xidmət edib. Ötən əsrin 40-cı illərində Amerika meydana daxil oldu və sionist rejimin yaradıldığı elan edildi. Sionist rejimi rəsmi tanıyan ilk dövlət ABŞ-dır. Amerika ilk gündən bu rejimi həm hərbi, həm də iqtisadi baxımdan himayə edib. Bu günə qədər ABŞ İsrailin yolunda ən azı bir trilyon dollar xərcləyib.
Amma İsrail məntəqədə bir baza kimi yaradılıb və Qərbin siyasətlərini yerinə yetirməklə məşğuldur. Bu ölkənin həyata keçirdiyi siyasətlərdən biri yerli əhalinin doğma torpaqlardan çıxarılmasıdır. İsraildən əvvəl də bu siyasət həyata keçirilib. Amerikanın özündə və Kanadada yerli əhalinin sıxışdırılması bəşər tarixində analoqsuz hadisələrdir. Bu günə qədər Fələstində 90-a yaxın qətliam baş verib, bunun nəticəsində yerli əhalinin 90%-i doğma yurdunu tərk edib, Suriya, Livan, İordaniya, Misir və Qəzzəyə mühacirət edib. Bu siyasəti qorxutmaq və qətllərlə həyata keçiriblər.
Qərb kapitalizminin məhsulu olan sionist rejim yarandığı gündən imperializm tərəfindən himayə olunur. Bu ölkənin bütün ehtiyacları qeyd-şərtsiz ABŞ və müttəfiqlərinin öz ehtiyacı kimi qəbul edilir və qısa müddətdə tədbir görülür.
Qərb öz mənafeləri yolunda bütün əxlaqi prinsipləri ayaq altına alır. Bu günə qədər İsrailin cinayətləri Qərb dövlətləri tərəfindən məhkum edilməyib. Əksinə, BMT-nin işğala qarşı 80 qətnaməsinə Qərb dövlətləri veto qoyub. Nüvə silahı məsələsində də vəziyyət oxşardır. Nüvə Silahının Yayılmaması Hərəkatına qoşulmaqdan imtina edən sionist rejim heç vaxt cəzalandırılmayıb. İsrail lazım gələndə Qərbin, lazım gələndə Amerikanın xidmətində dayanır. Bu rejim müstəqil rejim deyil. Amma qeyd edim ki, xüsusi ilə 51 günlük müharibədən sonra vəziyyət İsrailin xeyrinə deyil. İsrail qətnamələrə məhəl qoymayaraq işğal olunmuş ərazilərdə tikinti işlərini davam etdirir.
İsraili öz yerində oturtmaq üçün yeganə yol Müqavimətin gücləndirilməsidir. Sionist rejim yalnız ardıcıl müharibələr nəticəsində çökə bilər. Elə bu məqsədlə də Qərb sahilinin silahlandırılması zəruri sayılır. Bu iş baş tutarsa tam qələbə əldə edilir.
İsrailin verdiyi itkilərin yerini doldurmaq üçün vaxtı yoxdur. Bu ölkə böhran yaşayır və biz bu böhranın dayanmasına yol verməməliyik. Müqavimət davam etəlidir, Qərb Sahili silahlanmalı və Qəzzə ilə birlikdə müqavimət göstərməlidir.

Sual: Fələstin və Livanda Müqavimətin qələbələri ictimai fikirə necə təsir göstərir? Müqavimət Livan və Fələstində böyük uğurlara imza atdı. 2006-cı ildə İsrail Livana hücum etdi və qeyri-bərabər müharibə başladı. Bu müharibə müqavimətin sonrakı mərhələlərində də eyni şəkildə davam etdirildi. Adətən müharibədə hərbi arsenal son sözü deyirsə, işğalçı rejimlə müharibələrimizdə qələbəni toplar həll etməyib. Belə bir deyim vardı ki, Livana hücumda İsrailin təyyarələri vardı, vurulacaq hədəflər yox idi. Beləcə Livan Müqaviməti dünyada mövcud olan düsturları pozub güclü ordunu dizə çökürdü.

Sual: İnformasiya inqilabı, mətbuata nəzarətin dünya boyu zəifləməsi son Qəzzə müharibəsi barədə böyük ictimai etiraza yol açdı. Bunu necə dəyərləndirirsiniz?

Cavab: Bu vaxta qədər beynəlxalq sionizm öz təbliğatı ilə ictimai fikri çaşdıra bilmişdi. Bununla da Qərb cəmiyyətləri onu haqlı sayırdı. Amma ötən 10 ildə baş vermiş hadisələr, kiber fəzasının dəyişməsi, İslam dünyasına öz səsini dünyaya çatdırmaq imkanı yaratmışdı. Son Qəzzə müharibəsində London, Paris və dünyanın bir çox başqa şəhərlərində əzəmətli anti-sionist aksiyalar keçirildi. Qərbdəki ədalətsevər ictimai təşkilatlar da Fələstin xalqı ilə həmrəylik nümayiş etdirdi.
Biz müxtəlif informasiya şəbəkələrində bu aksiyaları izlədik. Qərb dövlətləri Qərb xalqlarının etirazı qarşısında aciz qaldılar. Bu ölkələrdə seçki sandıqları rol oynadığından xalqın etirazı dövlətə təsirlidir. Xalqdan asılı dövlətlər İsrailə yardımları azaltmağa məcburdurlar. Məntəqədə oyanış gücləndikcə Qərb dövlətlərinin İsrailə köməyi azalacaq. Qərb cəmiyyətində ictimai fikir dövlət rəsmilərini qorxudur. Qərbə söykənən İsrailin belə bir vəziyyətdə ağır böhran yaşaması qaçılmazdır.
Qərbdəki ictimai təşkilatlar arasında həqiqət və ədalət ardınca olanları çoxdur. Belə təşkilatlardan biri Qalvey təşkilatıdır. Belə təşkilatlar informasiya vasitələrinin himayəsindən bəhrələnir, Fələstin xalqına yardım edir, ən əsası sionist rejimə təzyiq göstərir. Qərb zolağına kurs götürmüş humanitar yük aparan gəmilər İsrailə böyük problemlər yaratdı. İsrail çıxılmaz vəziyyətdə qalmışdı. Ya bu karvana hücum etməli, ya da mühasirəni açmalı idi. Amma İsrail öz xəbis xislətini göstərərək cinayətə əl atdı, humanitar karvana hücum etdi.

Sual: Bu hadisələr İslam dövlətlərini sionist rejimə qarşı hərəkətə gətirəcəkmi?

Cavab: Bu sualı cavablandırmaq üçün bir qədər geriyə qayıtmalıyıq. İslam inqilabının qələbəsindən sonrakı ilk illərdə Fələstin probleminin həlli üçün iki yol təklif olundu. Birinci yol Fələstin xalqının himayəsi üçün ictimai fikir yaratmaq idi. Vəhdət həftəsi, məzhəblərin yaxınlaşması, Qüds günü bu məqsədlə həyata keçirilən tədbirlərdir. Məqsəd Fələstini İslam dünyasının döyünən ürəyi kimi tanıtdırmaqdır. Sionist rejimin iki dayağı var: mühacirət və hərbi imtiyaz. Son müharibədən sonra hər iki dayaq süstləşib. İndi İsraildən mühacirət edirlər. Sionist rejim yəhudi dövləti qurmaq məqsədinə çata bilmədi.
İkinci yol Müqavimətin formalaşdırılması və İsrailin süqutuna inam yaratmaq idi. Bu işin öhdəsindən Livan Hizbullahı layiqincə gəldi. Fələstin Hizbullahın himayəsindən çox bəhrələnib. 1967-ci il ərəb-İsrail müharibəsində böyük məğlubiyyət yaşandı.

Sual: Son müharibələrdə sionist rejimin geri çəkilməsinə şahid olduq. Müqavimət bunu necə bacardı?

Cavab: Bəli, Müqavimət İsrailin mühacirət və hərbi üstünlük kimi sütunlarını qıra bildi. Yəni İsrailin dirçəliş imkanları əlindən alınıb. Hazırda İsrail böyük mühacirət yaşayır. Son müharibədə sionist rejimin təhlükəsizliyi təmin edə bilməməsinə əmin olan yəhudilər dünyaya səpələnir. Mütləq yəhudilərdən təşkil olunmuş dövlətin öz varlığı sual atındadır.

Vilayet.nur-az.com
Oxunub 4027 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP