Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

General Cəfəri: Bəsic rəhbərsiz, vilayəti-fəqihsiz məna kəsb etmir...

General Hacı Qasim Süleymani düşmənin gözünə tikandır!
Fars İnformasiya Agentliyinin Kerman şəhərindən verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Cəfəri “Müqavimət Əzəməti” toplantısında Bəsic Həftəsi münasibəti ilə iştirakçıları təbrik edib, əziz şəhidləri yada salaraq deyib: Bəsic təşkilatı böyük inqilab rəhbəri İmam Xomeyninin göstərişi ilə yaradıldı.
General Cəfəri inqilab zamanı ABŞ səfirliyinin casus yuvası olaraq tutulmasından sonra Amerikanın əsil düşmən olduğunu xatırladaraq dedi: İmam Rahil İran xalqını Amerikanın fitnəkarlıqları qarşısında müqavimətə hazırlamaq üçün 1358-ci ildə (35 il öncə) 20 milyonluq Bəsic təşkilatının yaradılması ilə bağlı göstəriş verdi. O zaman müharibənin başlamasından hələ bir il ötməmişdi.
Sepah komandanı vurğulayıb: İmamın bu uzaqgörənliyi onun peyğəmbərsayağı rəhbərliklə inqilabı səmərəyə çatdırdığını göstərir. Bəsicin yaradılması ilə Xalq müqavimətə hazırlandı. Bəsic, könüllülər korpusu İslam inqilabının müvəffəqiyyət rəmzidir.
General Cəfəri Bəsici böyük nemət, inqilabın təzminatçısı adlandıraraq dedi: Bütün fitnəkarlıqlar, düşmənin müdaxilələri, daxili və xarici siyasi səhnədə gərginlik, ictimai və iqtisadi problemlər zamanı bəsic səhnədə olub, fəal iştirak edib.
General Cəfəri Kerman ustandarı Əliriza Rəzm Hüseyni haqqında deyib: Müqəddəs müdafiə dövrünün bu döyüşçüsü ustandar olaraq müdriyyət və iqtisadiyyatda böyük təcrübəyə malikdir. O Kermanın inkişafı üçün gözəl fikirlərə malikdir. Bəsic və bütün məsullar mövcud imkanlardan ustanın inkişafı və xalqın problemlərinin həlli üçün lazımınca istifadə etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə ustanda ədaləti gözləməklə əldə olunmuş tərəqqiyə şahid olacağıq.
Sepah komandanı xalqa müraciətlə deyib: Siz Kerman xalqı vəliyyi-fəqihin nümayəndəsinin, Sarəllah sepah komandanının qədrini bilin. Bəsic bütün sahələrdə fəal olub və sabitliyə xidmət edib. Müharibə başlayanda düşmən düşünürdü ki, bir həftə ərzində Xuzestanı ələ keçirəcək və yeni yaranmış nizama təzyiqlə inqilabın məntəqəyə yayılmasının qarşısını alacaq. Təbii ki, inqilabdan ötən bir il ərzində ordu lazımi hazırlığa malik deyildi. Düşmən bunu bilirdi və o zamanki xain, düşmənə casusluq edən prezident ordunun inkişafına mane olurdu. İraq ordusunun gücünə istinad edənlər düşünürdülər ki, İraq qəti qələbə qazanacaq. Amma xalqımızın iman və müqavimətini yaddan çıxarmışdılar. Onlar İmam Xomeyninin tarixi göstərişi ilə 20 milyonluq Bəsic ordusunun yaradılacağını gözləmirdilər. Bəsicin yaradılması onların proqnozlarını alt-üst etdi. Müharibənin ilk günlərində xalq əlinə keçən silahla cəbhəyə üz tutdu. Məqsəd düşmənin arzusunu gözündə qoymaq idi. O zaman xain prezident (Bənisədr) Bəsic kimi xalq qüvvələrinin yaradılmasına etiraz edirdi. Bəsic yaradıldı və əmr gözləmədən öz vəzifəsinə əməl etdi. Bəsicin bütün meydanlarda fədakar hüzuru İraq ordusunun qarşısında maneəyə çevrildi. Müharibədən bir neçə ay sonra xalq əməliyyatlara qatıldı. Hansı ki, xain prezident Bənisədr düşmən qarşısında müqavimətdən ümidini üzmüşdü. Hüveyzə əməliyyatı uğursuz başa çatdığı zaman Bənisədr İmam Xomeyniyə təklif etmişdi ki, düşmənlə müzakirə stolu arxasına əyləşək. İmam bu təklifi qətiyyətlə rədd etmişdi. Bu xəbər cəbhəyə çatanda düşmənin İran torpağında mövcudluğuna dözməyən mömin döyüşçülər fədakar hücumlar təşkil etdilər. Bir neçə məhdud əməliyyatdan sonra yaxşı təcrübə əldə olundu və ordu ilə xalq arasında divar çəkən Bənisədr ölkədən qaçdı. Həmin gündən uğurlu əməliyyatlar bir-birini əvəz etməyə başladı. 10-12 könüllü dəstənin orduya qoşulması ilə İmamın Abadanın mühasirəsini qırmaq əmri yerinə yetirildi. Əməliyyat planını şəhid Baqiri hazırlamışdı.
Sepah komandanı Cənab Rəhbərin sözlərini yada salıb: Həzrət Ağa şəhid Baqirini möcüzə adlandırır. Hərbi təcrübəsi olmayan 22 yaşlı gənc cəmi bir il döyüşdən sonra məmləkətimizin ən böyük strateqinə çevrildi və böyük əməliyyat planlarına imza atdı. 1360-cı il azər ayının 8-də Bustanın azad edilməsi istiqamətində Təriqul-Qüds əməliyyatı keçirildi və düşmən ağır məğlubiyyətə uğradı. Biz ilk dəfə bu əməliyyatda sərhədə çata bildik, Susəngərd və Hüveyzə düşmənin hücumlarından azad oldu. 1 il 8 ay döyüşdən sonra Bəsicin köməyi ilə düşməni İran torpaqlarından çıxardıq. İranın dünyanın super güclərinə qarşı müharibədə bu nöqtəyə çatması möcüzə idi. Rəhbərin arxasında xalqın İman və eşqlə döyüşməsi ona böyük təcrübə qazandırdı. Nəhayət, Səddam atəşkəs üçün yalvarmağa başladı. Müqəddəs müdafiə təcrübəsi bizə daxili imkanlara güvənməyi öyrətdi.
Sepah komandanı ilahi möcüzə olan bəsicin uğurlarını mühüm bir mövzu ilə şərtləndirdi. Bəsic, könüllülər korpusu imansız, rəhbərsiz, vilayəti-fəqihsiz məna kəsb etmir.
General Cəfəri müqaviməti müvəffəqiyyətin açarı adlandıraraq dedi: Bu gün müqavimətə çıxış yolu kimi baxılması fikiri bütün dünyada yer alır və bir çox ölkələrdə sözünü deyib. Əgər Suriya, İraq, Livanda müqavimət dərsi olmasaydı onların aqibəti məlum deyildi. Problemlərimizdən biri budur ki, regionun durumu düzgün dərk olunmur və müqavimətə yetərincə diqqət verilmir. Biz öz gücümüzü dəyərləndirə bilmirik. Bu gün Amerika və İsrail heç bir planını həyata keçirə bilmir. Bunun səbəbi İran İslam İnqilabından başlayan və məntəqədə genişlənən müqavimət hərəkatıdır. Bəzən böyük nailiyətlərə diqqət yetirmir, kiçik dünyəvi çətinliklərə baxırıq. Xalqımız yaxşı bilir ki, iqtisadi, siyasi təzyiqlərin müxtəlif təhdidlərin səbəbi inqilabın ideyalarına sadiq qalmağımız, Amerikaya baş əyməməmizdir. İranın iqtidar və izzəti dünyada dillər əzbəri olub. Biz bu iqtidarı Aşura məktəbi, Seyyidüş-Şühəda qiyamından almışıq. Biz öz iqtidarımızı unutmamalıyıq. Mən “biz” deyəndə xalqı nəzərdə tutmuram. Xalq bunu bilir və möhkəm dayanıb. Şərəf və ləyaqət, başıucalıq kiçik şey deyil. Bu hər xalqa nəsib olmur. Cənab Rəhbər dəfələrlə bu mövzuya işarə edib. Bu başıucalığın səbəbi xalqın düşmən qarşısında müqavimətidir. Xalqımız İmam Hüseynin (ə) yolunu gedib dünya zorlularına baş əymir. Bu müqavimət istənilən bir qiymətə davam edəcək. Xalqımız bu yolda hər şeydən keçəcək, nəyin bahasına olursa olsun ləyaqətini qoruyacaq.
Sepah komandanı iqtisadi sanksiyalar mövzusuna toxunub: İqtisadi təzyiqlər xalqımızın müqavimət göstərdiyi təzyiqlərdən biridir. İslam inqilabı bizə izzət və iqtidar verib. Bu bizim ən böyük qazancımızdır. Biz onu heç bir qiymətə əldən verə bilmərik. İslam inqilabının ictimai ədalət, mədəni islahat kimi böyük hədəfləri gerçəkləşməlidir. İnqilabın əvvəlindən şüarımız zülmə müqavimət olub. Allaha şükür olsun ki, Bəsic bu cəbhədə öndə gedib və öndə getməkdədir.
General Cəfəri Bəsicin fitnəkarlıq qarşısında xidmətlərini yada salıb. Ölkəmizdə nə problem olubsa onun aradan qaldırılmasında Bəsicin rolu var. 1388-ci ildə imperializm və sionizmin himayə etdiyi daxili fitnəkarlıq 8 ay uzandı. Bunun təhlükəsi 8 il müharibənin təhlükəsindən böyük idi. Xalqımız iman və bəsirətlə bu fitnəkarlığın qarşısında dayandı, Allaha sığınmaqla bu böyük təhlükədən ötüb keçdi.
General Cəfəri 9 dey nümayişini yada salıb: 9 dey xalqımızın vilayəti fəqihə sevgisi ilə bağlı bir mesaj idi. İmam Xomeyninin təbirincə məmləkətə zərbə dəyməməsini istəyiriksə vilayəti-fəqihə arxa olaq. Əgər iqtisadi problemlərimiz varsa müqəddəs müdafiədən dərs alaraq bu problemləri xalqın köməyi ilə həll edək. Bütün ölkədə olduğu kimi Kermanda da xalqın iş sahibi olması təfəkkürü mövcuddur. Amma bəzi məhdudiyyətlər imakan vermir ki, xalq işi əlinə alsın. Ustandarın, məsulların, müxtəlif sahələrə nəzarət edənlərin bu məqsəd yolunda çalışması lazımdır. Əmr be məruf və nəhy əz münkər ilə xalq mədəniyyət problemlərini aradan qaldırmalıdır. Ümid edirik ki, cəmiyyətimizdə yaxşıya dəvət və pisə qadağa vəzifəsinə əməl olunacaq. Bu gün ölkəmizə sabitlik hakimdir. Bu sabitliyi təmin edən xalqın səhnədə olmasıdır. İran qeyri-sabitlikdən əziyyət çəkən qonşu ölkələr kimi deyil. Düşmən ölkəmizdəki sabitliyi pozmaq istəyir. Daxili muzdurların qarşısında dayanan Bəsicdir. Sərhəd məntəqəsində məskunlaşan əhali İŞİD cinsindən olan düşmənlər qarşısında dayanıb. Düşmənlər 1388-ci il fitnəsində çalışdılar ki, İŞİD layihəsinə İranda başlasınlar. Amma xalq bu fitnəni beşiyində boğdu. Islam inqilabı bu tezliklə başa çatası deyil. Bitnəkar düşüncə sahibləri inqilabın davam etməsindən nigarandılar. Onlar düşünürlər ki, İslam inqilabı kommunist inqilabı kimidir. Amma İslam inqilabının birinci mərhələsi zalım rejimi devirmək idi. İnqilab üçün beş mərhələ nəzərdə tutulub. Növbəti mərhələ dövlətin möhkəmlənməsidir. Düşmənin planı ilə qəbul etdirilən səkkiz illik müharibə bu mərhələyə mane olmaq üçün idi. Amma reaskiya əksinə oldu. İmam Xomeyni buyurdu ki, müharibədə dövlətin kökləri möhkəmləndi. 1388-ci il fitnələri də inqilaba qarşı idi. Bu mərhələdən də keçdik. Bu gün İslam cumhuriyyəti şəhidlərin qanı bahasına möhkəmlənib və düşmən onu devirmək fikirindən ümidini qırıb. General Cəfəri inqilabın üçüncü mərhələsi kimi dövlət qurumlarının islamlaşmasını qeyd edərək buyurub: Cəmiyyətdə ədalətin bərpası, yoxsulluğun aradan qaldırılması, İslam əxlaqının möhkəmlənməsi bu mərhələnin əsas məqsədləridir və milli cihadsız bu məqsədlərə çatmaq olmaz. Dövlət məsulları Cənab Rəhbərin son illərdə davamlı tövsiyələrinə əməl edərək İslam əxlaqına zəmin yaratmalıdırlar.
Sepah komandanı Beynəlxalq problemlər üzərinə gəlib: İnqilabımızın qarşıda uzun yolu var. İslam bayrağı əsl sahibinin əlinə verilməlidir. Bu gün İraq xalqının qəlbi bizimlərdir. Düşmən təhlükəli sələfi təfəkkürünə malik olan bir qrup sünnə əhlindən istifadə edərək İŞİD-i yaratdı. Ümid etdilər ki, bu yolla inqilabımızı səhnədən çıxaracaqlar. Amma İŞİD da 8 illik müharibə kimi İranın xeyrinə tamamlandı. İraq və Suriya xalqı dərk edib ki, amerikaya müqvimət haqq bir işdir. Bu müqavimətə başlayanda şahid oldular ki, Allah onları necə izzətə çatdırır. Hacı Qasim Süleymani düşmənin gözünə tikandır. Müqəddəs müdafiə dövrünü keçmiş bu əziz insan Suriya və İraq xalqına müqavimət təlimi keçir. Düşmən bu Kermanlı mücahid döyüşçünün nüfuzunu dərk edib. Allah-taala Quranın müxtəlif əyələrində bizə vəd edib ki, kim onun dininə yardım etsə Allah da ona yardım edəcək və onu qələbəyə çatdıracaq. Biz bu ilahi vədin gerçəkləşməsinə şahid olduq. General Cəfəri nüvə müzakirələrini yada salıb. Müzakirələr bir daha təsdiqlədi ki, Amerikaya inanmaq olmaz. Xalqımız tam əmin olub ki, yeganə müvəffəqiyyət rəmzi müqavimətdir və haqq söz budur. Sanksiyalar qarşısında özümüzə güvənməliyik. Müqavimət bir zaman təkcə İranda idi. Amma indi genişlənib, aralıq dənizi sahillərinə çatıb. Müqavimət sionizmin yaxasından yapışıb və öz sözünü deyib. Onlar qorxuya düşsələr də bir iş görməyə acizdirlər.

Vilayet.nur-az.com
Oxunub 4314 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP