Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

İmam Xomeyni (r) düşmənin “doktor Şəriəti oyununa” aldanmadı!

Dini şəxsiyyətə münasibət soruşulması düşmənin sifarişi ola bilər...
İslam mütəfəkkirinin, din aliminin istənilən şəxs haqqında rəyi düşmən tərəfindən ona qarşı istifadə edilir. Cəmiyyətdə bir nüfuzlu alimdən başqa nüfuzlu şəxs haqqında fikir soruşduqda onu təsdiqləsə, iradlarına şərik yazılacaq, inkar etsə, müsbət xüsusiyyətlərinə müxalif kimi tanıtdırılacaq.
Müasir İslam tarixində ziyalı təbəqənin düşüncəsini Əli Şəriəti kimi qısa zamanda dəyişəcək ikinci elmi şəxsiyyət tanınmayıb. Tanınmış müəlliflərin kitabı 2-3 min tirajla çap olunduğu zaman doktor Şəriətinin kitablarının tirajı 200 min nüsxəni aşıb. Şəriəti tənqiddə qarşı tərəfin məşhurluq səciyyəsini eyninə almadan birbaşa danışdığından bütün güşənişin, siyasətə qatışmayan, sazişçi məşhurları öz əleyhinə qaldırmışdı. (İmam-khomeini.ir)
Şah rejimi Şəriətinin cəmiyyətə misilsiz təsirini görürdü. Rejim görürdü ki, Şəriətinin şövqə gətirdiyi, ayağa qaldırdığı gənc nəsil şəriət məsələlərində təqlid üçün inqilabi düşüncəli İmam Xomeyninin sorağına gedir. Bu, rejim üçün faciə sayılırdı. Faciənin qarşısını almaq üçün SAVAK – şahın kəşfiyyat idarəsi İmam Xomeyni ilə doktor Şəriəti arasında ixtilaf, düşmənçilik yaratmaq üçün bütün yollara baş vururdu. SAVAK çalışırdı ki, İmam Xomeyni Şəriətini ya təsdiq etsin, ya inkar. İmamın həm təsdiqi, həm inkarı üçün layihə hazırlanmışdı. Öyrədilmiş adamlar İmam Xomeyninin görüşünə gəlir, ondan Şəriətiyə münasibətini soruşurdular. Qeyd etdik ki, Şəriətinin sazişçi dini təbəqə kimi böyük və güclü düşməni vardı. Bu zümrədə alimlər, tacirlər, məddahlar kifayət qədər idi. İmam Xomeyni Şəriətini təsdiqləsəydi, rejim Şəriətiyə düşmən ordunu İmama qarşı yönəldəcəkdi və mübarizədə güclü strateq olan İmam Xomeyni vaxtından qabaq zərbələrə yol verə bilməzdi. Şəriətini sevən ziyalılar və gənclər də böyük qüvvə təşkil edirdi. İmam Xomeyni Şəriətini tənqid etsəydi, SAVAK-ın oyunu əsasında İmam, Şəirətinin dostlarına hədəfə çevriləcəkdi. Qarşısında zalım və muzdur rejimi devirmək, İslam hökuməti qurmaq kimi böyük məqsəd olan İmam Xomeyni SAVAK-ın tələsinə düşmədi. İmam heç vaxt, heç yerdə doktor Şəriəti haqqında fikir bildirməyib. Onun bu sükutu həm Şəriətinin, həm İmamın, ən əsası İslam və inqilabın xeyrinə işləyirdi.



Vilayet.info
Oxunub 5350 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP