Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2016

İŞİD-in vəhşiliyi davam edir

İmamzadə Seyid Məhəmmədin hərəmində...
İŞİD bəyanat yayaraq İraqın Səlahəddin vilayətində İmam Hadinin (ə) oğlu, İmam Həsən Əsgərinin (ə) qardaşı Seyid Məhəmmədin hərəmində partlayışı öhdəsinə götürüb. Samirradan 50 km şimalda yerləşən Bələd məntəqəsində baş verən partlayışda 30 nəfər həlak olub, 50 nəfər yaralanıb. Faciə ilə bağlı hərəmdə 3 gün əzadarlıq elan olunub. İraq ordusu və Həşd Şəbi könüllü qüvvələri qarşısında duruş gətirə bilməyən İŞİD öz məğlubiyyətlərinin əvəzini intiharçı əməliyyatlarla çıxmağa çalışır. Son günlərdə Bağdad ətrafında intiharçı əməliyyatlarda 300 nəfərə yaxın mülki iraqlı şəhadatə çatıb. 

Vilayet.info
Oxunub 1854 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP