Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2016

Cinayətin işsizlikdən keçən yolu

İstifadəsiz vaxtı ehtiyata saxlamaq olsaydı!

İşsizlik dünyanın əsas problemlərindəndir. İstənilən cinayətkarlıqda işsizliyin payı var. İşi olan, işini sevən, qazancı ehtiyacını ödəyən insanlar nadir hallarda cinayətə üz tutur.
Hazırda əksər dünya ölkələrində işsizlik statiska mərkəzlərində əsas mövzulardandır. İşsizlik Amerikada 5,7, Çində 4,1, Yaponiyada 3,6, İngiltərədə 5,7, Kanadada 6,6 faizdir. Afrika və Asiya ölkələrində vəziyyət daha acınacaqlıdır: 20 faizdən yuxarı! Amma bu statistikadır. Amerikada işləyən insan daim işini itirmək qorxusu yaşayır. Şərqdə isə bir şeyi itirmək qorxuludur: Ailə! İşsizlik boşanma sayına ciddi təsir göstərir, işsizlik səbəbindən gənclər ailə qura bilmir. Əlbəttə şərq insanı iş tapmaqda qərb insanından daha fərasətli görünür. Bir qərbli iş üçün xüsusi büroya müraciət etməklə işini başa çatmış hesab edirsə, şərqli ən ağır və ən zərərli iş olsa belə iş ardıncadır. O, ailəsini qorumaq istəyir. Ailə varsa şərq var. Qərbdə isə iş axtaran insanların böyük əksəriyyəti özünü düşünür.

Vilayet.info
Oxunub 1842 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP