Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2016

Həqiqətlə savaşda acığını qəbirdən çıxanlar

8 şəvval - Bəqidə qəbirlərin dağıdılmasının ildönümü günü

Hicri-qəməri 1344-cü il (hazırda 1437), 8 şəvvalda vəhabilər Əbdüləziz bin Səudun başçılığı altında Mədinəni mühasirəyə alıb şəhəri ələ keçirdikdən sonra Bəqi qəbiristanlığında məsum imamlarının qəbirlərini, həmçinin Peyğəmbərin (s) oğlu İbrahimin qəbrini, həzrətin həyat yoldaşlarının qəbirlərini, Həzrət Əbulfəzl Əl-Əbbasın (ə) anası Ummulbəninin, peyğəmbərin atası Abdullahın, İmam Sadiqin (ə)oğlu İsmailin qəbirlərini və bir çox digər qəbrləri dağıtdılar. Vəhşi vəhabilər İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) qəbirlərinin üzərindəki zirehləri çıxarıb özləri ilə apardılar.
Bəqinin, xüsusilə imamların məqbərələrinin uçurulması xəbəri İranda ciddi etiraz doğurdu. Mərhum Ayətullah Müdərris hicri tarixilə 1344-cü il səfər ayının 10-u İslami Şura Məclisində çıxış etdi. Alimlər və dini hövzələr mübarək məkanlardakı qəbirlərin uçurulmasında rolu olmuş şəxslərin cəzalandırılmasını tələb etdilər. Amma Bəqiyə ehtiram göstərilməsi ilə bağlı səylər nəticəsiz qalmışdır.

Vilayet.info
Oxunub 1656 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP