Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2016

Ştanmayer: İranla əlaqələrin genişlənməsini istəyirik

Raket sənayesini nüvə məsələsindən ayırmaq lazımdır!
Almaniyanın vitse-kansleri, xarici işlər naziri Frank Valter Ştanmayer ZDF şəbəkəsi ilə söhbətdə deyib:
Tehrana səfərlərimdə müşahidə etmişəm ki, İran xalqının Almaniyaya münasibəti yaxşıdır. Biz başa düşürük ki, İranda xüsusilə xalq üçün iqtisadi durumun normallaşması uzun sürdü. İranlılar Amerikanın süründürməçiliyənə həddən artıq diqqət yetirirlər. Onlar razılaşma əsasında sanksiyaların ləğvini gözləyirlər. Amma avropalılar razılaşmadan sonra şərtləri yerinə yetirməyə başlayıb. Siyasi və iqtisadi baxımdan etimadın bərpası vaxt istəyir və bir gecədə olan iş deyil. Almaniya İranla əlaqələrin genişlənməsini çox istəyir. İran nüvə razılaşmasının şərtlərini yerinə yetirib və raket sənayesini nüvə məsələsindən ayırmaq lazımdır...

Vilayet.info
Oxunub 1312 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP