Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2016

Xaricdən təsir güclüdür

İslam Respublikasında İslama uyğun qadın geyimi defisit olub!
İran Qadın Mədəniyyət və İctimaiyyət Şurasının rəisi doktor Kübra Xəzəli Təsnim İnformasiya Agentliyi ilə söhbətində deyib:

Hazırda ayrı-ayrı yerlərdə hicaba riayət səviyyəsi fərqlidir. Hətta Tehran kimi meqapolisdə müxtəlif məntəqələrdə hicabın durumu eyni deyil. Doğrudur ki, son 10-20 ildə hicaba diqqət azalıb, bəzənmək, naqis hicab halları artıb. Bunun əsas səbəbi daxili təsirin azalması, xaricdən təsirin güclənməsidir. Dövlət qulluqçuları üçün geyim qaydaları təyin olunub. Xanımlar manto, şalvar, yaylıq (məqnəə), sadə ayaqqabı geyməli, bəzək-düzəksiz olmalıdır. Kişilər sadə, uzunqol köynək geyinməlidir. Universitetlərdə qeyri-münasib geyim və bəzək-düzək tələbə və müəllimlərin əxlaq təhlükəsizliyi, rahatlığna qarşıdır. İki il öncə prezident göstəriş verib ki, idxala nəzarət edilsin, İslam normalarına cavab verməyən geyimlərin xaricdən gətirilməsinin qarşısı alınsın...
Qeyd: İran İslam Respublikasında hicaba nəzarət edən 21 təşkilat var. Amma xanım Kubra Xəzəlinin qeyd etdiyi kimi, xarici təsir güclü, müqavimət zəifdir və hicaba riayət olunması səviyyəsində geriləmə davam edir. 

Vilayet.info
Oxunub 1711 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP