Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2016

General Dehqanla müsahibədən

Azərbaycanın milli mənafeləri var və biz buna etiraz etmirik!
İran müdafiə naziri general Hüseyn Dehqan Rusiya televiziyasına müsahibəsində deyib:

Suriyada atəşkəs danışıqlarında İŞİD və Ən-Nüsrə tərəf ola bilməz...
Suriyada sülhün bərpasında Amerika ilə heç bir razılaşdırma olmayacaq...
Heç kimin haqqı yoxdur desin ki, növbəti seçkilərdə Bəşar Əsəd iştirak etməyəcək.. Xalq səs versə, Əsəd prezident olacaq...
Suriya terrorçulardan tam təmizlənənə qədər Dəməşqin kənarındayıq...
Atəşkəs şərtlərini Rusiya, İran, Türkiyə təyin edəcək. Əvvəla, terrorçu dinc müxalifdən ayrılmalıdır. Atəşkəs İŞİD və Ən-Nüsrəyə aid edilməyəcək...
İranıən Suriyada hərbi təlimatçıları var, ordu birləşməsi yoxdur...
Təəssüf ki, Rusiya Türkiyəyə Suriya torpaqlarında kürdlərlə Türkiyə arasında bufer yaratmaq icazəsi verib. Biz diqqətli olmayıq ki, Türkiyənin məqsədi nədir...
Netanyahu Azərbaycanda olanda İran əleyhinə danışıb. Biz Azərbaycandakı dostlarımıza deyirik ki, İsrailin məntəqədə hüzuru Azərbaycanın xeyirinə deyil. Hər halda Azərbaycanın milli mənafeləri var və biz buna etiraz etmirik!

Vilayet.info
Oxunub 3146 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP