Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Fevral 2017

Hacı Qasimin “Fox News” səfərləri davam edir?

General Süleymani Moskvaya gedibsə, nə üçün gedib?
Şərqi nağıllara, əfsanələrə uymaqda qınayan qərbi daha müasir və “strateji” nağıllar ustası saymaq olar. Fox News yenə Qüds Qüvvələri komandanı general Qasim Süleymaninin Moskva səfərindən yazır (hansı ki xəbər hər dəfə təkzib edilir). Tramp hakimiyyətə gələndən anti-İran xəbərlərin bazarı istiləşib. Bu arada Hacı Qasimin Moskva səfəri yenidən gündəmə gəlib. Fox News iddia edir ki, əfsanəvi general Kremlin Ərəbistana, ümumiyyətlə ərəb ölkələrinə silah satışını əngəlləmək üçün Rusiyaya gedib. İkinci nöqtə generalın səfərinin BMT TŞ-nin qətnaməsinə zidd olması iddiasıdır... Belə görünür ki, general Qasim Süleymani artıq təkcə İran və müsəlmanların yox, dünyanın, o cümlədən Amerika və Avropanın qəhrəmanına çevrilib!

Vilayet.info
Oxunub 1899 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP