Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2017

İnsanın xoşbəxtliyi bətndə təyin olunur?

Allah insanı azad yaradıb, o özü həyat yolunu seçir!
Ayətullah Cəfər Sübhani buyurub:

Şübhəsiz ki, Allah insanı azad yaradıb. İnsan iman gətirib-gətirməməkdə azaddır. Quranda insanın azadlığını təsdiqləyən ayələr çoxdur. Əgər Peyğəmbərdən (s) nəql olunan hədislərin sənədi mötəbərsə, bu hədislərə də diqqət yetirilməlidir. Belə bir hədis nəql olunur: Xoşbəxt o kəsdir ki, anasının bətnində xoşbəxtdir, bədbəxt o şəxsdir ki, anasının bətnində bədbəxtdir... Sual verirlər ki, əgər uşaq bətndə xoşbəxt və ya bədbəxt olursa onun axirətdə cəzalandırılması və ya mükafatlandırılması nə üçündür? Əslində bu hədisdə dünya xoşbəxtliyi və səadəti nəzərdə tutulub. Uşağın ata-anası xəstədirsə o uşaq da xəstə olur. Xəstəlik bir növ gen vasitəsi ilə uşağa ötürülür. Ata-ana sağlam olduqda uşaq da sağlam olur. Qurani-Kərimdə də israr olunur ki, ailə quran insanın həyat yoldaşını tanısın. Hədislərdə də rast gəlirik ki, hansı qrupdan olan qadınlarla ailə qurmaq lazımdır. Bunun səbəbi bətndən başlayaraq körpənin fiziki sağlam olmasıdır. Bəli, bəziləri bu hədisdə dini xoşbəxtliyin nəzərdə tutulduğunu iddia edirlər. Amma xoşbəxt insan sonradan bədbəxt, bədbəxt insan sonradan xoşbəxt ola bilər...

Vilayet.info
Oxunub 1703 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP