Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2017

Diqqəti çəkən hicabın hökmü nədir?

Sosial şəbəkələrdə bəzi xanımlar...
Ayətullah Xameneinin istiftaat – dini suallara cavab ofisinin üzvü, Fiqhi məsələlər üzrə araşdırma mərkəzinin rəisi höccətülislam vəlmüslimin Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır.

Sual: Qadınlar ayaqlarını (topuqdan aşağı) naməhrəmdən örtməlidir? Naməhrəm olmayan yerdə namaz zamanı qadının ayağı açıq ola bilərmi?
Cavab: Naməhrəmin gözü qarşısında olan xanımlar ayaqlarını da örtməlidir. Qadın yalnız üzü və əllərini açıq saxlaya bilər. Üz və əllərdə diqqəti çəkən zinət olsa, üz və əllər də örtülməlidir. Amma naməhrəm olmayan yerdə əllər, üz və ayaqlar açıq vəziyyətdə namaz qılmaq olar.

Sual: Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər? Qadın hicab və zinətlənmə mövzusuda ərinə hansı həddə tabedir?
Cavab: Hicab və zinətlənmə ərin münasibəti ilə şərtlənməyib. Bu, Allahın əmridir və xanımlar bu əmrə itaət etməlidir. Hətta ər hicaba müxalif olsa, qadın Allahın əmrinə itaət edib, hicabını gözləməlidir. Hicab vacib olmayan yerdə ər hicab bağlamağı əmr etsə qadın üçün hicab vacib olmaz. Amma belə vəziyyətlərdə ailədə dava-dalaş yaranmasın deyə qadın hicab örtə bilər.

Sual: Bəzi qadınlar sosial şəbəkələrdə hicab təbliğatı aparır və öz hicablı fotolarını yerləşdirir. Bəzən bu hicablı şəkillərdən də sui-stifadə olunur. Vəzifə nədir?
Cavab: Əgər qadının sosial şəbəkədə yerləşdirdiyi hicablı fotosundan sui-istifadə edilərsə və foto təhrikedici olarsa, bu halda foto yerləşdirməyə icazə verilmir.

Sual: Diqqəti çəkmək üçün rəngarəng hicablardan istifadənin hökmü nədir?
Cavab: Əgər hicabın rəngarəngliyi naməhrəmin diqqətini çəkərsə, buna icazə verilmir. Bəziləri hicabı yaymaq, təbliğat məqsədi ilə bu işi görür. Nəzərə almaq lazımdır ki, hicabın rəngarəngliyi hətta qadınların diqqətini çəkərsə, buna icazə verilmir. Amma hicabın rəngarəngliyi sadəcə hicaba rəğbət, sevgi yaradarsa, bunun eybi yoxdur.

Vilayet.info
Oxunub 2202 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP