Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2017

Ayətullah Xamenei Myanma müsəlmanlarına növbəti yardım göstərişi verdi

Myanma müsəlmanlarına yardım mərkəzi 24 saat fəaliyyətdədir
Cənab Rəhbər Ayətullah Xameneinin Qırmızı Aypara cəmiyyətindəki nümayəndəsi Höccətülislam Əbdülhüseyn Muizzi Myanmar müsəlmanlarının faciəli durumu barədə Rəhbərə məktub yazıb. Ayətullah Xamenei bu istiqamətdə 10 mlrd rial məbləğində yardım ayrılması barədə göstəriş verib.
Bu günə qədət İran İslam Respublikası Myanmar müsəlmanlarına 4 dəfə humanitar yardım göndərib. Rəhbərin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi Myanmar müsəlmanlarına 160 ton humanitar yardım çatdırıldığını bildirib.
Myanmar müsəlmanlarına kömək etmək istəyənlər üçün bütün İran banklarında 99999 nömrəli hesab fəaliyyət göstərir. 





Vilayet.info
Oxunub 1700 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP