Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

Rəhbər ölkədə baş verən hadisələrdən xəbərdardırmı?

Hər şeyi bildiyimi iddia etmirəm...
Mən çalışıram rəsmi və qeyri-rəsmi yollarla həqiqətləri əldə edim. Mənə verilən məlumatlar çoxçeşidlidir. Həm müxtəlif informasiya qurumalarından məlumatlar verilir - təhlükəsizlik xidmətindən, silahli qüvvələrin xüsusi idarələrindən və dövlət qurumlarının bəzi informasiya şöbələrindən - həm də bizim dəftərxananın bir şöbəsinin işi informasiyadır. Onlar məktub və telefon vasitəsi ilə daim xalqla təmasdadırlar. Fərdlərlə və müxtəlif ictimai qruplarla çoxlu görüşlərim olur. Məktub da çox alıram. Eyni zamanda hər şeyi bildiyimi iddia etmirəm. Bu, mümkün də deyil. Ola bilsin, bəzi şeyləri bilirəm, bəzilərini yox. Düşünürəm ki, hakimiyyət qurumlarında olan bir məmur, istər mənim vəzifəmdə, istər digər vəzifələrdə olan şəxslər üçün həqiqətlərdən və xalqdan uzaqlaşmaq tənəzzül səbəbidir. Düşünürəm ki, bir məmur cəmiyyətdə baş verənlərdən xəbərsiz qalmamalıdır. Xalqdan uzaqlaşmaq Əmirəlmömininin ifadəsində xalqdan pərdələnməkdir; yəni pərdə çəkmək və xalqla üz-üzə gəlməmək. Bu, çox təhlükəlidir. O həzrət, Malik Əjdərə buyurur ki, xalqdan pərdələnəndə insanın hər şey haqda məlumatı azalır. Əlbəttə, mən bəzilərinin evlərinə də gedirəm. Allaha şükür olsun ki, prezidentlik dövrünün əvvəllərindən indiyə qədər gördüyüm işlərdən biri budur ki, sadə insanların evlərinə gedirəm. Döşənəcəkləri üzərində otururam, onlarla danışıram, həyatlarını yaxından müşahidə edirəm. Bu bəzən çox olur, bəzən az. Bunu da sizə deyim ki, xalqdan xəbərdar olmaq, xəbərlərin bir hissəsidir, digər hissəsi isə düşməndən xəbərdar olmaqdır. Heç kim məndən soruşmur ki, sizin düşməndən xəbəriniz var, yoxsa yox. Mən özüm deyirəm ki, bəli, mən düşmənlərdən də xəbərsiz deyiləm. Bəziləri elə bilirlər ki, biz bəzən düşmən haqqında ağlımıza gələni danışırıq. Xeyr, belə deyil. Bilirik, düşmənin olduğunu duyuruq. Təsadüfən, bir neçə gün öncə ABŞ-ın bəzi mətbu orqanları CİA rəsinin bəzi sözlərini yaydı. Bu bizim bəzi qəzetlərimizdə də əks olundu. O, İranın da adını çəkərək demişdi ki, biz filan qədər ölkədə öz işçilərimizi aktivləşdirmişik. Sonra xüsusi olaraq İranın adını çəkib demişdi ki, bizim ana dili fars dili olan adamlarımız var. Onların orta yaş həddi otuzdur. Bəziləri üçün bu sual yarana bilər ki, bu sözləri nə üçün deyirlər. İnformasiya çoxalıb başdan aşanda sahibi üçün əhəmiyyəti azalır. Bu zaman sözlərindən çox şeylər anlamaq olur. Bəli, düşməni görməmək hünər deyil.

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 2698 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP