Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2017

Qüds Fələstinin şəriksiz paytaxtıdır, hələliksə...

Qüdsün Şərqi və Qərbi Qüdsə bölünməsi İsrailə işləyir
İsrail işğalçıdır və Qüds işğal edilib. Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə İslam dünyasını ayağa qaldırdı. Şərikli paytaxt əslində İsraili rəsmi tanımaqdır. Bir neçə gün öncə Avropa Birliyinin xarici işlər nazirləri İsraili və Fələstini Şərqi Qüdsün statusunu razılaşdırmağa çağırdı. İsrail İsveçin əvvəlki layihəsinin qətiyyətlə əleyhinə çıxmışdı. Həmin layihədə deyilirdi ki, Qüds Fələstin dövlətinin paytaxtı olmalıdır. İndiki layihədə həmin bənd çıxarılıb. Ancaq yenə də deyilir ki, iki ölkənin gələcək paytaxtı kimi Qüdsün statusu müəyyən olunmalıdır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib. Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir. İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır. Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.
Oxunub 1911 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP