Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2018

Tillerson Afrikaya gedir ki, Trampın təhqirini ört-basdır etsin!!

Trampın miqrantlara ünvanlanmış təhqiri tarixə yazılıb!
ABŞ prezidenti Donald Trampın miqrantlara işarə ilə "bu çirkab çuxuru (ayaqyolu) ölkələrdən niyə insanları qəbul edirik" sözləri dünyanı qarışdırdı. Amerika prezidentinin bu sözləri rasizmin, ksenofobiyanın, insana nifrətin kuliminasiyası idi. Bu sözlərin ardınca Amerika da daxil olmaqla dünya ölkələrində etiraz aksiyaları keçirildi. Tramp öz sözlərini müxtəlif yollarla pərdələməyə çalışsa da alınmadı. Nəhayət, Amerikanın xarici işlər naziri Reks Tillersonu Afrika ölkələrinə göndərməyə qərar verdi!
New York Post yazır ki, Tillersonun səfəri 4-6 Afrika ölkəsini əhatə edəcək. Tramp Afrika ölkələri başçılarının toplantısına məktub ünvanlayaraq Afrika xalqlarına ehtiramını bildirib. Az öncə 54 Afrika ölkəsi BMT-də bir araya gələrək bəyanat qəbul etmiş, Trampı tarixi təhqirinə görə suçlamışdı.

Vilayet.info
Oxunub 2203 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP