Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2018

Bu dağ tufanlardan keçib!

Musa sizə açıq-aydın dəlillər gətirmişdi, siz isə... (Qurani-Kərim)

Bu zirvəsi qarlı dağı
sinəsinə dəyib dönən
qara yellərdən soruş -
nə eşitsən, kölgəsində
yatan ellərə danış.
Şeytan yurdu şəkkə salar:
dağ yox, qum təpəsidi!!
Qanan yox qum təpəsinin
bircə tufan bəsidi!
Bu dağ tufanlardan keçib,
80 milyon iziylə.
Faydası yox Nil yarıla
cahil görə gözüylə.
Dağ dağ çəkib kölgəsində
kölgəsinə ulayan
çaqqalların ağasına,
dağlaylb, pis dağlayıb!
Bu dağ illərdi qurdların
yolun kəndə bağlayıb.
Cahil görə dünya boyu
damlar uçur bir yellə,
Yenə dağın kölgəsinin
qədrin bilməz könüllə.

Arzu Eyvazov (Aran)
Oxunub 1397 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP