Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2018

Fransada İmam Xomeyninin (r) görüşündə

İmama dedilər İrana yol bağlanıb, İmam buyurdu ki, mən yolu açacağam!
Ayətullah Nəzəri İmam Xomeyni ilə görüş üçün Parisə 11 günlük səfərindən danışır: 

Axşam saat 9-da Parisə çatdıq. Hava azca yağmurli idi. Səhəri gün Nofl-le-Şatoya İmamın görüşünə getdik. İmam bizi qəbul etdi, mənim ağ saqqalıma işarə ilə zarafatla dedi: Gənc vaxtda dostlardan ayrıldıq, qocalanda görüşürük...
İmamın ölkəyə qayıdan günləri idi. İmama xəbər gətirdilər ki, Bəxtiyar yolu bağlayıb. Birlikdə namaz qıldıq. Namaz bitdi, İmam buyurdu ki, mən yolu açacağam. Sonra İmamın evinin qarşısında aksiya oldu. 11 gün Parisdə qaldıq. İmam tapşırmışdı ki, hər gün Nofl-le-Şatoya gəlin.
Nəhayət, bir neçə təyyarə ardıcıl havaya qalxdı. Tehrana gəldik, İmamı misilsiz izdiham qarşıladı. Ara sakitləşəndən sonra İmamın görüşünə getdim. Dedim bu günə qədər İslam İnqilabına xidmətə görə elmi fəaliyyətlərə ara vermişəm. İcazə istədim ki, təxirə saldığım işlərlə məşğul olum. İmam təkidlərimə görə razılıq verdi...

P.S. Bəziləri iddia edir ki, ruhanilər xalqı əzadarlığa dəvət edir, amma özləri əzadarlıq etmir. Ayətullah Nəzəri o alimlərdən olub ki, xalqa qatılaraq əzadarlıq edib.

Vilayet.info
Oxunub 1854 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP