Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2018

Boliviyalı qızlar çadralı xanıma işarə ilə: Ona əl vurmaq olar?

Ağanın ziddinə də danışmağa qorxurlar!
“Los Ancelesdən polad zərihə qədər” kitabında ruhanilərin ölkə xaricində təbliğat xatirələri toplanıb. Şirin xatirilərdən birində xanım Fatimə Dilavəri Parizi nəql edir: 

Boliviyada nimdaş yaşıl paltarda ekologiya xidmətinin qızları bizə yaxınlaşdı və tərcüməçidən soruşdular ki, ona (çadralı xanıma) toxunmaq olar? Bu sual ölkədə təbəqələrarası, varlı-yoxsul fasiləsinin nə qədər böyük olduğunu göstərirdi. Onlara elə gəlirdi ki, bizə toxunsalar, yoxsulluqları bizə keçə bilər! Sonra dedilər: Biz mətbuatda oxumuşuq ki, çadralı xanımlar təhsil kimi bir çox hüquqlardan məhrumdur. Onlar evdən bayıra çıxmırlar. Amma siz belə deyilsiz!..

Mən onlara aydınlaşdırmağa çalışdım ki, mətbuat imperialist dairələrin əlindədir və onlar bizim görüşümüzə, tanışlığımıza qarşıdırlar. Çünku aramızdakı müştərək cəhətlərin bizi birləşdirəcəyindən qorxurlar.
Bəzi ölkələrdə Ayətullah Xameneini yaxşı tanımırlar, mediada Ağanın adının çəkilməsi məhrəmanə şəkildə qadağan edilib. Səbəb budur ki, İmamı (r) gözdən salmaq üçün apardıqları təbliğat əks nəticə verdi: Dünya məzlumları İmamı sevdi! Buna görə də Ayətullah Xameneinin adını çəkməmək qərarına gəldilər...
Kitabda bu qəbil maraqlı xatirələr kifayət qədərdir.

Vilayet.info
Oxunub 2141 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP