Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2018

Çox ünsiyyətdən qaç, çox dua et!

Dünyanın tikanlı yollarında ayaqyalın...
Kafidə İmam Rizadan (ə) nəql olunmuş rəvayətdə deyilir: İman İslamdan bir dərəcə yüksəkdir. Təqva da imandan. Yəqin isə təqvadan bir dərəcə yuxarıdır. 

Arifdən təqva haqqında soruşdular. Dedi tikanlı yolla getmisiz? Dedilər getmişik, tikanlardan qoruna-qoruna! Arif dedi ki, Allahın da yolunu belə gedin, günahlardan qoruna-qoruna – bu təqvadır...

Boşr bin Haris deyir: Çətinliklər içində üzülən bir gənc gördüm. Soruşdum haradan gəlirsən, hara gedirsən? Dedi Onun tərəfindən gəlirəm, Ona tərəf gedirəm. Dedim qurtuluş nədədir? Dedi zöhddə. Dedim vəslət necə əldə edilir? Dedi müraqibət və təqva ilə. Ondan nəsihət istədim. Dedi xalqdan qaç və Allahla düzgün müamilə et. Dedim olar ki, səninlə gəlim? Dedi sənə xalqdan qaç deyirəm, özüm sənə yoldaş olum?! Amma bir-birimizi unutmayaq!..

Vilayet.info
Oxunub 1541 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP