Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2018

Bizim qüssəmizi Fatimədən soruş!

Həzrət Əli (ə) Həzrət Fatimə haqqında (s.ə)...
İmam Əlinin (ə) Həzrət Fatiməni (s.ə) torpağa tapşırarkən dilə gətirdiyi kəlamlarından: 

Salam olsun sənə, ey Allahın Rəsulu, məndən və sənin civarındakı, sənə tez qovuşmuş qızından! Ey Allahın Rəsulu! Mənim Fatimə ilə ayrılıqdan səbrim azaldı, taqət və gücüm əldən çıxdı. Amma mənim üçün səndən ayrıl;ğı, sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrli olmağın yeri var. Halbuki sənin başını qəbrə mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. Biz Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Həqiqətən əmanət (Fatimə) geri qaytarıldı... Amma bundan sonra həmişə qəm-qüssədə olacağam və Allah mənim üçün sənin sakin olduğun diyarı seçənə qədər gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm üçün əl-ələ verməklərindən danışacaq. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin gedişindən çox keçməmişdi və sənin xatirələrin unudulmamışdı. Sizin hər ikinizə salam olsun...

Nəhcül-bəlağə, xütbə 193 (bəzi nüsxələrdə xütbə 202)

Vilayet.info
Oxunub 1608 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP