Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2018

Qələm adamlarına tövsiyə

Fitnə zamanı meydanı tanımaq çətin olur...
Siyasi proseslərdə, məsələn seçkilərdə şairin rolu nədir? İncəsənət işçisinin, mədəniyyət işçisinin, yəni mədəniyyət və incəsənət xadiminin bu səhnədə vəzifəsi nədir? Düşünürəm ki, vəzifə çox ağırdır, çox böyükdür. Ən mühüm vəzifə də təbliğat aparmaq və izah etməkdir. Quranda buyurulur, o kəslər ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar! Bu bir meyardır. Dərk etdiyiniz həqiqəti izah edin. Heç kim gözləmir ki, siz anladığınızın əksinə danışasınız. Xeyr, anladığınızı deyin. Əlbəttə, anladığınızın düzgün olmasına çalışmalısınız. Çünki fitnə zamanı meydanı tanımaq çətin olur, hadisənin ətrafını tanımaq çətin olur, hücum edəni və müdafiə olunanı tanımaq çətin olur, zalımı və məzlumu tanımaq çətin olur, düşməni və dostu tanımaq çətin olur. Şairin də digərləri kimi aldanıb avamlıq etməsi mədəniyyət və incəsənət xadiminə yaraşmaz. Deməli, həqiqəti anlamaq, sonra təbliğ etmək lazımdır. Mədəniyyət dünyasında siyasi üsullarla, siyasətçilərin üsulları ilə hərəkət etmək olmaz. Bu, mədəniyyətə yaraşmaz. Mədəniyyət dünyasında düyünü açmaq, həqiqəti aşkara çıxarmaq, zehnləri aydınlatmaq lazımdır. Bu izah, yəni peyğəmbərlərin gördüyü iş lazımlı işdir. Sözdə fəsahət və bəlağətin lazım olduğunu demişlərsə, bəlağətin mənası budur. Deyirlər ki, Hafiz bu şeiri fəsahətli və bəlağətli demişdir. Bəlağətli nə deməkdir? Yəni vəziyyətin tələbinə uyğun demişdir? Biz nə bilirik ki, bu şeirin deyildiyi vaxt vəziyyətin tələbinə uyğun olub, ya olmayıb. Biz indi baxırıq; burada vəziyyətin tələbindən söhbət getmir. Bu o deməkdir ki, başadüşüləndir, səlisdir. Səlis deyin, aydın deyin, lakin anladığınızı deyin. Əsla gözlənilmir və bu gözlənti düzgün də deyil ki, kimsə anladığının əksinə danışsın. Amma çalışın anladığınız düzgün olsun.

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 1631 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP