Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2018

Kiçik olub özünü böyük sayan insan...

Mütəkəbbirin müstəkbirdən fərqi nədir?
Tapşırıq, mükafat və cəzadan söhbət gedən yerdə müxatəb (müraciət olunan) insan və cindir. Bu imtahanın nəticəsi nə vaxt məlum olar? Qiyamət günündə! Amma Allah-Taalanın yeni məlumat kəşfinə ehtiyacı yoxdur. Çünki heç nə ona məchul deyil ki, onu məlum etmək istəsin. O bu işin zərurətlərinin adını imtahan qoyur. Necə ki müəllim hansı şagirdin müvəffəq olub yaxşı qiymət almasını və hətta hansı şagirdin birinci olacağını bilir. Lakin hamıdan imtahan götürür. Ümumilikdə həyatda qarşımıza çıxan hər bir iş imtahan vasitəsidir. Bu imtahanlar bəzi vaxtlar gözə görünən həddə böyük, tale yüklü, dönüş nöqtəsidir və əgər insan səhvə yol verərsə məlum deyil ki, bu səhvi aradan qaldırmaq mümkün olacaq. Digər bir nöqtə isə xütbənin əvvəlində “iz” və ”kibriya” kəlmələrindən istifadə olunmasıdır. Böyüklüyün izhar olması təkəbbürdür. Təkəbbürün pis sifət olmasına baxmayaraq Allahın adlarından biri “Əl-Mutəkəbbir”dir. Bu qədər pis sayılan “təkəbbür” sifətini Allah Öz sifərlərindən biri kimi necə qeyd edir?! “Təkəbbür” böyüklük göstərməkdir və Allah böyük olduğu üçün Onun böyüklük göstərməsi eyb deyil. Bu sifət bizim üçün pisdir. Çünki biz bir şey deyilik ki, böyük olaq. Biz xalis yoxsuluq. Bəzən kimdəsə bir əzəmət olur və onu izhar edir. Öz gücünü göstərən fərd buna misal ola bilər. Bu iş bəyənilməyən deyil. Allahın yaratdığı böyüklük nemətləri və vucuda gələn əzəmətli hadisələr bütünlüklə böyüklük izharı üçündür. Günəşə nur saçmaq eyb sayılmır. Allah mütəkəbbirdir amma müstəkbir deyil. Böyük olmadan özünü böyük sayana müstəkbir deyilir.

Ustad Misbah Yəzdi

Vilayet.info
Oxunub 4303 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP