Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2018

İctimai sekulyarizm hövzə üçün təhlükədir!

Lyuks həyat meyli geriyə addımdır...
İmam Rizanın (ə) pak hərəminin (Astane-qodse-rəzəvi) məsulu höccətülislam vəlmüslimin Seyid İbrahim Rəisi Qumun Məsumiyyə mədrəsəsində ustad və tələbələrlə görüşdə buyurub:

İslam məmləkətinin problemləri inqilabi ruhiyyə sayəsində həllini tapa bilər...
Elm hövzələri – dini tədris ocaqları tövhid mehvərindədir. İmam Hüseynin (ə) duası kompleks insani irfan sənədi ünvanında İslam cəmiyyətinin irfanını qoruya bilər. Elə buna görə də mənəvi sekulyarizm və saxta irfanlar elm hövzələri üçün təhlükə sayılmır. Hövzə üçün təhlükə ictimai sekulyarizmdir... İctimai sekulyarizm müasir insanın həyatında dinin rolunu sual altına alır. İslam cəmiyyətinin idarə edilməsində din müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda, sosial sahədə müxtəlif ehtiyaclara cavab verə bilər. Bəziləri buna qəlbən inanmadığından onların baxışı mövqelərində, qələmlərində özünü göstərir... İctimai sekulyarizm baxışına görə hövzə və dövlət bir-birindən ayrıdır. Amma bizim əqidmizə görə dövlət elm hövzəsindən qaynaqlanır. Hövzə dövlət üçün kadr hazırlamalıdır. Bu gün İslam cəmiyyəti lyuks həyata üz tutub. Bunu nəzərə alsaq, zərərə düşmüşük, geri addım atmışıq...
***
Sekulyarizmi üç növə bölürlər: siyasətdə sekulyarizm, mənəviyyatda sekulyarizm, ictimai münasibətlərdə sekulyarizm.


Vilayet.info

Mənbə:
http://hawzahnews.com/detail/News/442011
Oxunub 3625 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP