Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2018

Bu gün azğın qadın nümunəsi qərb qadınıdır!

Ailə ocağını təhqir edənlər xəyanətkardır...
Cənab Rəhbər Ayətullah Xamenei Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə buyurub:
İslamda qadın nümunəsinin ziddinə azğın nümunələr var. Azğın nümunə müxtəlif zamanlarda fərqli olub. Bu gün azğın nümunə qərb qadını nümunəsidir.
Əksər qərb qadınlarının imtiyazı kişilərin diqqətini cəlb etmək, kişilərin həzz ünvanı olmaqdır. Ona görə də qərb qadınının göstəricisi çılpaqlıqdır. Qadın və kişilərin qatıldığı rəsmi toplantılarda kişilər bacardıqca ciddi geyinməli, qadınlar bacardıqca çılpaq olmalıdır!!
Ailə ocağını təhqir edənlər xəyanətkardır. Belələri həm xalq, həm də qadınlara xəyanət edir. Kişilərin olduğu bütün sahələrə qadınların daxil olmasını cinsi ədalət sayanlar xəyanətkardır. Qadınlara tövsəyimiz budur ki, qərb qadınını özlərinə nümunə götürməsinlər. Bu gün ölkəmizə qarşı ideoloji hücumun əsas istiqaməti budur... Onların fəaliyyətlərinin nəticəsi bu olur ki, məsələn, üç-beş qız aldanaraq küçədə hicabını açır. Bu iş üçün pul alanlar da ola bilər... Təəssüf doğuran budur ki, bir qrup insan düşmən dəyirmanına su tökərək “məcburi hicab” ifadəsini işlədir. Guya İmam (r) hicabı bütün qadınlara vacib saymayıb. Cəfəngiyyatdır! İmam (r) bu məsələdə dağ kimi dayanaraq, buyurdu ki, hicab olmalıdır! Bizim öz evində naməhrəm qarşısında hicabını atanla işimiz yoxdur. Amma İslam hökuməti ictimai haramın, günahın qarşısında dayanmalıdır...

Vilayet.info
Oxunub 2606 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP