Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2018

Çoxumuz şeytana aldanırıq!..

Şiəliyin xüsusiyyətlərini öyrənin...
Dini baxımdan bütün dəyərlərin əsası Allaha imandır. Hətta Allaha iman başqa dəyərlərin təsirli olması şərtidır. Bunun qarşısında bütün dəyərsizliklərin əsası Allaha küfr və ilahi ayələrin təkzibidir. Biz bunu eşidəndə bir növ qurura düçar olmağımız üçün şərait yaranır. Şeytan vəsvəsə edir ki, Allaha həmd olsun ki, imanımız var və bir problemimiz yoxdur. Biz kafir deyilik və nicat əhliyik. Bu bir həqiqətdir ki, Quran onu təkidlə bildirir. Bir dəstə vardır ki, dəyər və ya kamilllik iddiasındadır. Ancaq onların bu iddiasında həqiqət yoxdur. Bəzən hansısa bir dəstə dünya mənfəətinə görə yalan iddia edir.
إِذا جاءَكَ الْمُنافِقُونَ قالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللّهِ
Onlar gəlib deyirlər: Şəhadət veririk ki, sən Allahın peyğəmbərisən. Əlbəttə, Allah bilir sən onun peyğəmbərisən. Amma (Allah şəhadət verir ki, həqiqətən münafiqlər yalançıdırlar) bunlar yalandan belə bir iddia edirlər.
Biz Əmirəlmöminin şiələri iddia edirik ki, şiəyik, həqiqətən də Əlini (ə) sevirik. Amma görən doğrudan da Əlinin (ə) şiələriyik? Bu o yerlərdəndir ki, şeytan insanı aldadır və deyir: Allah şiələrin günahını rahat bağışlayacaq. Buna görə də narahat deyilik. Buna oxşar məsələ Seyyidül-Şühədaya (ə) məhəbbət, əzadarlıq və o həzrətə ağlamaq barəsində də nəql olunur. Belə yerlərdə münasib olar ki, insan Əhli-beytin (ə) öz rəvayətlərinə və təlimlərinə müraciət etsin. Görəsən biz ancaq Əmirəlmöminini (ə) qəbul etməklə şiə oluruq? Şiə barəsində bütün fəzilətlər bizim barəmizdə də sadiq olurmu? İnsan rəvayətlərə müraciət edən zaman görür ki, məsələ belə deyilmiş. Bizim çoxumuz şeytana aldanırıq!..

Ustad Misbah Yəzdi

Vilayet.info
Oxunub 3023 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP