Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2018

Musiqinin insanın kamilləşməsinə köməyi varmı?

İnsanın heyvani meyillərini oyadan musiqilər qadağan olunmuşdur
Bu aləmdə Allah-taalanın insana bəxş etdiyi bütün nemətlərin insanın kamilliyə yetişməsi üçün kömək ola bilməsinə heç bir şübhə yoxdur. O cümlədən gözəl və ahəngdar səs neməti (musiqi ümumi mənada) faydalı ola bilər. Necə ki insan Allahı tanımaq, onun camal və cəlalını dərk etməkdə təbiətin gözəlliklərindən faydalanır. Lakin maddi nemətlər adətən ikiyönlü vasitə, ikibaşlı qılınc olduğu üçün insanın süqut etməsinə də səbəb ola bilər. Bu səbəbdən Allah-taala peyğəmbərlər vasitəsilə nemətlərdən istifadə etməyin qanununu və hədlərini dini hökmlər formasında açıqlamışdır. Demək, insanın həqiqi təkamülə çatması üçün ona kömək olarsa gözəl və ahəngli səsdən istifadə etmək bəyənilir. Necə ki, həzrət Davudun avazı o cənabın böyuk məziyyətlərindən hesab olunur. Həmçinin Quranı və dualar, minacatlar kimi insanın diqqətinin Allaha yönəlməsində təsirli olan mətnləri gözəl səslə oxumaq təkid olunmuşdur. Lakin adətən insanın heyvani meyillərini oyadan və onun Allahdan, axirətdən xəbərsiz qalmasına səbəb olan avazlar, musiqilər qadağan olunmuşdur.

Ustad Misbah Yəzdi

Vilayet.info
Oxunub 3845 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP