Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2018

Mərhum Şahabadidən bir xatirə

“Şahlar bərbad oldu, sən niyə Şahabadi qalmısan?!”
İmam Xomeyninin (r) ustadı böyük şiə alimi Məhəmmədəli Şahabadinin oğlu mərhum Ayətullah Nəsrullah Şahabadi bir xatirə nəql edir:
Bir dəfə qardaşım oğlunun ruhani libası geyməsinə xeyir-dua üçün İmamın görüşünə getmişdik. İmama ərz etdim ki, qardaşım oğlunun onun əli ilə əmmaməli olmasını istəyirik. İmam dərhal qarşısındakı əmmaməni qardaşım oğlunun başına qoydu. Mən zarafatla dedim ki, İmam, heç olmaya bir salavat deyəydiz. Hamı güldü. Ucadan salavat deyildi.
İmamın (r) hüzurunda olduğumuz zaman cənab Haşimi zarafatla dedi: Cənab Şahabadi, bütün şahlar devrildi, yaxşı olmaz ki, familinizi dəyişəsiz, Şahabadi qalmasın?
Mən cənab Haşiminin cavabında dedim: Doğrudur ki, bütün şahlar devrilib, amma bir şah qalıb və abaddır, həm də İmamın iftixarıdır. O şah Məhəmmədəli Şahabadidir!
İmam (r) mənim sözümü təsdiqləyərək, “doğru deyir” – buyurdu!

Vilayet.info
Oxunub 3807 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP