Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2018

İman və zindan

İmam Musa Kazimin (ə) həyatından
İman əhlinin zalım hakimlər tərəfindən təqibi, həbsi, qətli onlardakı iman nuruna görədir. İman nuru bütün cinayətlərə, günahlara mane olur, zülmləri ifşa edir. İmam Musa Kazimin (ə) zindan həyatı buna bir nümunədir...
Harun nə yolla olur-olsun, İmam Musa Kazimin (ə) diqqətini cəlb etmək istəyirdi. Bir gün Yəhya ibn Xalisi zindana Musa ibn Cəfərin (ə) yanına göndərdi ki, İmamı razı salıb ondan bağışlanmasını istəsin. Amma İmam (ə) razılıq vermədi. İmam Musa Kazim (ə) Haruna yazdı: Burada hər gün mənə çətin keçir, sənsə rifah içindəsən. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq...
İmam (ə) zindanın ən ağır şəraitində belə sarsılmadan müqavimət göstərdi. İmamın yerini tez-tez dəyişirdilər. Zindanların dəyişilməsinin səbəbi bu idi ki, zindan keşikçilərinin heç biri İmamı qətlə yetirməyə razılıq vermirdi. Nəhayət, cəllad Sindi İmamı zəhərlədi.
Harun çalışırdı ki, yalançı şahidlərlə İmamın zindanda öz əcəli ilə dünyasını dəyişdiyini sübut etsin. Onun bu planı baş tutmadı və Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi. B hadisə İmamın gizlin dəfni əngəllədi, hətta Harun özü əzadarlara qoşularaq dəfn mərasimində iştirak etdi...

Vilayet.info
Oxunub 2984 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP