Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2018

Gəncliyi necə və harada keçirdin?

İmam Xomeyninin "fəth əl-fütuh" adlandırdığı ən böyük nailiyyət...
İnsan üçün həyat nemətindən sonra gənclik ən mühüm yer tutur. Buna görə də siz rəvayətlərdə təkrar-təkrar görürsünüz ki, qiyamət günü Allah dörd şey haqqında soruşmadan heç kimi addım atmağa qoymayacaq. Onlardan biri gənclikdir. "Gəncliyi necə və harada keçirdin?"
Allah-taalanın bütün insanlara bəxş etdiyi bu böyük enerji mənbəyi, güc xoşbəxt həyat üçün tədarük görməyə, möhkəm bir qanunauyğunluq yaratmağa sərf olunmalıdır. Bu dövrü keçdikdən sonra insanda böyük işlər üçün gərəkli təlaş azalır. İnsanın gücü də azalır. Fundamental işlər görə bilmir. İnsanın özünütərbiyəsi, şəxsiyyətini formalaşdırması çətinləşir.
Əlbəttə, Allah bəşər üçün heç nəyi qeyri-mümkün, mahal etməmişdir. Hər halda hamı ömrünün sonunadək növbənöv böyük işlər görə, səylər göstərə bilər. Amma işin gənclik dönəmindən sonra çətinləşməsi, gənclikdə daha asan, daha yüngül olması mühüm bir gerçəkdir.
Tarix boyu dünya xalqlarının çoxu bu zaman kəsiyində ziyana uğramışlar. Yəni bir gün aradan getməli olan gənclik sərmayəsini boşuna keçirmiş və öz gələcəkləri üçün mühüm bir iş görmməmiş, maya qoymamışlar. Bəziləri qəflətlə, bəziləri ehtirasla, bəziləri bir sıra faydalı işlərlə, lakin öz mənəvi, ruhi məsləhətlərinə riayət etmədən keçirmişlər.
İnqilabın, İmam Xomeyninin "fəth əl-fütuh" (fəthlər fəthi) adlandırdığı ən böyük nailiyyəti gəncləri tərbiyə etməsi, yetişdirə bilməsidir. İslam İnqilabı maddi dünyaya bulaşmış, əxlaqi baxımdan bataqlığa yuvarlanmış insanları zəkası və möhkəm iradəsi ilə bəşəriyyətin böyüklərinin yolunu, bəşəri səadət yolunu seçən pak, nurlu insanlara çevirdi. Bu inqilab misi qızıla çevirən, istedadları dəyişən iksir idi. Bu, eynilə Peyğəmbərin (s) İslamın erkən çağlarında gördüyü işdir. Müsəb ibn Ümeyr Ühüd döyüşündə şəhid olduqda Peyğəmbər (s) onun başı üzərinə gəlib ağladı və səhabələrinə buyurdu: Bu gənc Məkkədə ən yaxşı, ən gözəl, ən iftixarlı libaslar geyinərdi. Bütün məkkəlilər ona baxardı. Cahiliyyət dəyərlərinə uyğun, həmin dəyərlərdə qərq olmuş bir gənc idi. Bütün səyi gözəl geyinmək, iftixar edəcək şəkildə geyinmək, daha gözəl görünmək idi. İslam bu gənci dəyişdi, bir qəhrəmana, mənalı insana çevirdi...

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 3665 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP