Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2018

İran İstehsalına Dəstək İli!

Rəhbər: Novruzu qeyd edən bütün xalqları təbrik edirəm!
Cənab Rəhbər Ayətullah Xamenei şəmsi 1397-ci ilin başlanması, Novruz bayramı münasibətilə müraciətində buyurub:
Ölkədə və dünyanın müxtəlif guşələrində olan həmvətənlər, eləcə də Novruzu qeyd edən xalqları təbrik edirəm!
Bu il təbiətin bahar fəsli mənəviyyatın bahar fəsli ilə eyni vaxta təsadüf edir. Şəmsi təqvimlə fərvərdin, ordibehişt, xordad ayları hicri təqvimlə rəcəb, şəban, mübarək ramazan ayı ilə eyni vaxta düşür.
Ötən şəmsi 1396-cı ilin şirinlikləri və acılıqları oldu... Zəlzələ, sel, təyyarə qəzası, gəmi qəzasında əzizlərimiz həyatını itirdi və bu hadisələr bizim üçün acı hadisələr idi. Bəzi regionlarda quraqlıq hələ də davam edir. Ümid edirik ki, baharda Allahın lütfü ilə problem aradan qalxar.
Şəmsi 1397-ci ildə mühüm olan budur ki, hamı ciddi çalışmalıdır. Mən hər il ilin şüarlarında məsullara müraciət etmişəm. Bu il şüar məsullar da daxil olmaqla bütün xalqa ünvanlanıb. Bu ilin şüarı İran İstehsalına Dəstək İli olur....

Vilayet.info
Oxunub 3335 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP