Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2018

Nisbi üstünlük prinspi

Vilayəti-fəqihin dəlilləri barədə
Zəruri şərtlərə malik fəqih üçün vilayətin isbat dəlilləri iki ümumi hissəyə bölünür: Əqli dəlillər və nəqli dəlillər.
Əqli dəlillər... İctimai ehtiyacların təmini üçün, cəmiyətdə hərc-mərcliyin qarşısını almaq məqsədilə, islamın ictimai hökmlərinin yerinə yetirilməsi məqsədilə hökumətin zəruriliyini nəzərə alaraq vilayəti-fəqihin zərurətini iki bəyanla isbat etmək olar. Bu zərurətləri nəzərə aldıqda aydın olur ki, vilayəti-fəqih təkcə peyğəmbər və imamların dövrünə aid deyil.
Həmin bəyanlardan biri budur ki, ideal həddə ədalətli cəmiyyət qurmaq mümkün olmadıqda ona ən yaxın həddə bir cəmiyyət qurulmalıdır. Demək, cəmiyyət məsum imamın hakimiyyətindən məhrum olduqda onun kiçik bir modeli üçün çalışmalıdır. Yəni məsum imama ən yaxın insanın hökuməti qurulmalıdır. Bu yaxınlıq üç istiqamətdə müəyyən edilir: Fəqihlik ( İslamın ümumi hökümlərindən xəbərdarlıq), ruhi və əxlaqi baxımdan ləyaqət (nəfs istəklərinə qul olmamaq ), ictimai-siyasi şüur (cəmiyyətə müdiriyyət bacarığı).
Bu insan düşmənlər və günahkarlarla rəftar edə bilməli, cəmiyyət üçün daha gərəkli addımı müəyyənləşdirməyi bacarmalıdır.
Demək, kimdə bu xüsusiyyətlər başqaları ilə müqaisədə daha çoxdursa, cəmiyyətə o rəhbərlik etməlidir. Məsum imama oxşar bir şəxs cəmiyyəti kamilliyə doğru aparmalıdır. Şübhəsiz ki, belə bir insanı xibrə əhli - seçim aparmağı bacaranlar təyin etməlidir.
İkinci bəyan budur ki, insanların malı, mülkü, canı üzərində hakimiyyət Allahın şənlərindəndir. Yalnız Allah-taalanın icazəsi ilə bir insan bu hakimiyyətə sahib dura bilər. Biz bu əqidədəyik ki, həzrət peyğəmbər və məsum imamlara belə bir səlahiyyət verilmişdir. Amma cəmiyyət məsum imamın rəhbərliyindən məhrum olduqda ictimai hökmlərin icrasını saxlamaq olmaz. Belə bir vəziyyətdə öz xüsusiyyətləri ilə imama daha çox oxşar, daha ləyaqətli insan cəmiyyətə rəhbərlik etməlidir. Belə bir hakimin olmasını olmamasından daha üstün qəbul etmək lazım gəlir. Yəni ağıl yolu ilə müəyyənləşdiririk ki, Allah-taala və Allahın məsum övliyaları tərəfindən belə bir icazə verilmişdir. Hətta nəqli baxımdan, yəni tarixi məlumatlara əsasən dəlil əldə olmazsa, ağıl yolu ilə aydınlaşır ki, zəruri şərtlərə malik olan fəqih cəmiyyətə rəhbərlik etməlidir. Belə bir şəxs həm əxlaqi baxımdan ləyaqətlidir, həm də cəmiyyətin ehtiyaclarından xəbərdardır. Demək, belə bir vilayətin qanuniliyini ağıl yolu ilə kəşf etmək mümkündür. Bir çox başqa fiqhi hökmlərdə (xüsusiylə ictimai hökmlər ) elə bu yolla əldə edilir.
Nəqli dəlillər... Nəqli dəlillər dedikdə fəqihin xalq üzərində hakimiyyətini təsdiqləyəcək rəvayətlər nəzərdə tutulur. Bu qəbil rəvayətlərdə fəqihlər ən əmanətdar şəxslər, peyğəmbərlərin varisləri kimi tanıtdırılır. Uyğun rəvayətlərin araşdırılması və ortaya çıxarılması üçün çox səylər göstərilib. Həmin rəvayətləri burada nəzərdən keçirmək imkanımız yoxdur. Onlarla tanış olmaq üçün həmin mövzudakı kitablara və risalələrə müraciət edilməlidir. Bu rəvayətlər arasında ömər ibn Hənzələ və Məşhurə Əbu Xədicəinin rəvayətləri, o cümlədən imamın naiblərindən nəql olunmuş hədislər daha çox məşhurdur. Bu rəvayətlər mötəbər rəvayətlərdir və fiqhi mötəbərlik baxımından qəbul edilir. Onlara əsasən qeyb dövründə fəqihin hakimiyyəti qanunidir. Hakimin xalq tərəfindən seçilməsi məsələsini təsdiqləyəcək heç bir dini sənəd yoxdur və son dövrlərədək heç bir şiə fəqihi belə bir iddia ilə çıxış etməyib. Hər halda fəqihin hakimiyyətini təsdiqləyəcək rəvayətlərin olması əqli dəlillər üçün də bir təsdiqdir. Aydın olur ki, həmin mənbələrə əsasən, vilayəti-fəqihin qanuniliyində beyətin heç bir rolu yoxdur. Xalqın beyəti sadəcə vilayəti-fəqihin hakimiyyətinin gerçəkləşməsi üçündür. Əgər xalq beyət edirsə şəri hakim ictimai işlərdən kənara çəkilə bilməz.
İndi belə bir sual yaranır ki, Allah-taala tərəfindən və məsum imamların göstərişi ilə fəqihin təyinatı hansı şəkildə həyata keçir? Zəruri şərtlərə malik hər bir fəqih hakim ola bilər, yoxsa hər dövrdə xüsusi bir şəxs hakim olmalıdır? Cavab olaraq deməliyik ki, əgər əqli dəlilə müraciət etsək, təqva, əxlaq və digər baxımlardan məsum imama daha yaxın olan bir şəxsin hakimiyyəti imamların hakimiyyətinə daha çox uyğundur. Belə bir hakimiyyət İslam ümmətinin vəhdətini də təmin edib. Amma vahid bir dövlət yaratmaq mümkün olmadıqda nəzərdə tutulmuş məqsədi başqa formalarda həyata keçirmək lazımdır. Amma dəlil olaraq rəvayətləri əsas götürdükdə zəruri şərtlərə malik hər bir fəqih hakim ola bilər və müəyyən rəvayətlərdə daha elmli və təqvalı fəqihin hakimiyyətinə önəm verilir.
Burada başqa bir sual da yaranır. Əgər bütün baxımlardan üstün olan şəxs tapılmasa nə etmək lazımdır? Sualın ümumi cavabı budur ki, nisbi üstünlük prinspinə əsasən kimsə məsuliyyəti öz üzərinə götürməlidir. Belə bir seçimdə xalq da həmin vilayəti qəbul etməlidir. Əlbəttə ki, bu mövzuda mübahisəli nöqtələr çoxdur. Onları aydınlaşdırmaq üçün daha geniş fürsətə ehtiyac var.

Doktor Misbah Yəzdi

Vilayet.info
Oxunub 3209 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP