Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2018

Modernizmə təslim olduq, amma istehsalda bu yoldan bəhrələnmədik!

Qumun xüsusi idarəetmə üsuluna ehtiyacı var!
Qum Elm Hövzəsinin tanınmış ustadlarından olan Ayətullah Ələvi Bürucerdi Müqəddəs Qum şəhərində mədəniyyət balansının gözlənmədiyini vurğulayıb. Hövzə ustadı şəhər məsulları ilə görüşdə buyurub:
Modernizmə təslim olduq, amma istehsalda, texnologiyada bu yoldan bəhrələnmədik! Yanlış idarətetmə, müdiriyyət xeyli problem yaradıb.
Qum qovşaq, tranzit şəhərdir. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Əgər qovşaqdırsa, kapital yatırımı da çox olur, biznes çiçəklənir. Amma Qumun inkişafında proporsianallıq olmayıb. Qumluların öz, mühacirlərin öz mədəniyyəti var. Bu mədəniyyətlərin çulğaşmasından yeni bir mədəniyyət yaranıb. Qum başqa şəhərlərdən fərqli idarə olunmalıdır. Qum əvvəllər 50 ölkəyə məhsul göndərib. İndi 5 belə ölkə də qalmayıb. İndi iranlı investorlar Türkiyədə, ərəb ölkələrində müvəffəqiyyətlə çalışır. Bunu yerli əhalinin adı ilə həyata keçirirlər, investisiyaları öz adlarına deyil. Onlar bəzən aldadılır, pulları əllərindən çıxır. İranda bu risk olmasa da İranda pul yatırmaq istəmirlər. İqtisadiyyatımız islah olmalıdır. İranda iş qurmaq istəyən o qədər qapılardan keçməlidir ki, bu onu yorur...

Vilayet.info
Oxunub 1978 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP