Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2018

Zalım hakimlər və zülmə don geyindirən alimlər dövrü!

Peyğəmbərdən (s) sonra baş verəcək hadisələr
Sünni və şiə mənbələrində Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir çox hədislərdə ümmətə zalım başçıların hakim olacağı xəbər verilir. Bu hədislərdə zalım hakimlərin zülmünə don geyindirən günahkar alimlər barədə də xəbərlər yer alıb. Bu hədislərin bir qismi Peyğəmbərin vəfatından dərhal sonraya, bir qismi İmam Mehdinin (əc) zühuru ərəfəsinə aiddir. Məcməul-zəvaiddə Məaz bin Cəbəldən nəql olunur ki, Peyğəmbər (s) buyurub: Yalançı əmirlər, günahkar vəzirlər, xəyanətkar əmanətçilər, rahib görkəmli, haramdan çəkinməyən qarilər zahir olmasa Qiyamət bərpa olmayacaq...
İbn Abbasdan nəql olunur ki, Həzrət Peyğəmbər (s) həccətul-vidadan sonra Kəbə kənarında buyurdu: Sizə qiyamətin nişanələrindən xəbər verim? Namazın heç olması, azğın nəfs istəklərinə itaət, varlıların mədhi qiyamət əlamətlərindəndir. O zaman zəkat cərimə, xərac qənimət sayılar. Yalan danışan tədiqlənər, doğru danışan rədd edilər. Xain adamlar əmanətdar sayılar, sadiq adamlar xəyanətkar. 

Fotoda: Fransada hicab məhdudiyyətlərinə kreativ üslubda etiraz edən aktrisa Sonia Merazga

Vilayet.info
Oxunub 3415 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP