Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2018

Zalım hakim çalışır ki, xalq günah əhli olsun...

Fironun xüsusiyyətləri
Qurani-Kərimin tarixi qissələri cəmiyyəti oyatmaq üçündür. Əgər Quran Fironun xüsusiyyətlərindən danışırsa, məqsəd bugünkü fironları tanıtdırmaqdır.
Qurani-Kərimdə Həzrət Musanın (ə) 131, Fironun 72 dəfə adı keçir. Səmavi kitabda heç bir peyğəmbər və heç bir kafirin adı bu qədər zikr olunmayıb.
Musanın Fironla mübarizəsi haqqın batillə mübarizəsidir. Həzrət Peyğəmbər (s) buyurur ki, hər dövrün Fironu və Musası var. Quran Musanın Fironla mübarizəsi nümunəsində zalım, istibdad hakimiyyətin xüsusiyyətlərini sadalayır. Nədir zalım hökumətin xüsusiyyəti?
1.Cəmiyyətin təbəqələşməsi - zalım hökumətdə ayrı-ayrı təbəqələrin imtiyazları olur, varlılar himayə olunur, yoxsullar əzilir...
2.Hakim təbəqənin yüksək ictimai nüfuza malik olması – hakim təbəqə özünü cəmiyyətdən üstün tutur, özünü fərqləndirir...
3.Pul kütləsi kiçik bir qrupun əlində toplanır – Quran Firona tabe olub öz qövmünə zülm edən Qarunun xəzinələrindən söz açır...
4.Quldarlıq – zalım hökumətdə hakimlər özlərini xalqın həyatının da hakimi sayır - Firon Musaya xəbərdarlıq edir ki, məndən başqasını tanrı seçsən, yerin zindan olacaq...
5.Zalım hakim xalqı günaha sürükləyir ki, xalq Allahdan uzaq düşsün. Xalq qorxudulur ki, hakimə itaət etsin – fironçu cəmiyyətlərdə xalq günah işlərə meyllli olur...

Vilayet.info
Oxunub 3636 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP