Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2018

İmam Əli (ə): Batil məqsəd üçün işlədilən haqq sözlər...

31 mart - Əmirəlmöminin Əlinin (ə) mübarək təvəllüd günü - etikaf
İmam Əli (ə) Nəhrəvan şeyxlərinin - Xəvaricin «hökm ancaq Allaha məxsusdur» sözünə münasibətdə buyurdu: Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur. Xəvaric deyir ki, əmirlik, rəislik Allaha məxsusdur. Amma cəmiyyətdə istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin olması lazımdır. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür. Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir və əmirin vasitəsilə vergilər yığılır...
Seyyid Rəzi deyir: Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Əli (ə) Xəvaricin sözünü eşitdikdə buyurdu: Sizin barənizdə Allahdan hökm gözləyirəm. Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs pozğun əmirin vaxtında öz bəhrəsini götürər...

Vilayet.info
Oxunub 3625 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP