Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2018

Çətinlikdən qurtuluş üçün

Əhli-beytin qapısını döyün!
Əhli-beyt aşiqi çətinliyə düşəndə duayazanların qapısını döymür, Allah-Taalanın imamət və vilayət yolundakı çətinliklərin həlli üçün nüsxəsini axtarır.
Ustad Heydəri Kaşani İmam Riza (ə) hərəmində zəvvarlara söhbətində deyir:
İmanın yarısı şükür, yarısı səbrdir. İnsan çətinliklər qarşısında şükür və səbr etməlidir. Həzrət Əyyubun səbri bəşəriyyət üçün nümənə səbrdir. 80 il nemət içində olanda Əyyub sınağa çəkildi, üzücü xəstəliyə düçar oldu. Nemətə şükür edən Əyyub, müsibətləri səbrlə qarşıladı.
Çətinliyə düşəndə Əhli-Beytin qapısını döyək. Ayətullah Behcət çətinlikdən çıxış yolu istəyənlərə Hədisi-Kisa oxumağı tövsiyə edirdi...

Hədisi-Kisa (ya kəsa)

دَخَلَ عَلَيَّ اَبي رَسُولُ اللهِ و آله، في بَعْضِ الاَيَّامِ، فَقَالَ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ، فَقُلْتُ عَلَيْكَ السَّلامُ قَالَ اِنّي اَجِدُ في بَدَني ضُعْفاً، فَقُلْتُ لَهُ اُعيذُكَ بِاللهِ يَا اَبَتَاهُ مِنَ الضُّعْفِ، فَقَالَ يَا فَاطِمَةُ ايتيني بِالْكِسَاءِ الْيَمَاني فَغَطّيني بِهِ، فَاَتَيْتُهُ بِالْكِسَاءِ الْيَمَاني فَغَطَّيْتُهُ بِهِ، وَصِرْتُ اَنْظُرُ اِلَيْهِ، وَاِذَا وَجْهُهُ يَتَلاَلَؤُ كَاَنَّهُ الْبَدْرُ في لَيْلَةِ تَمَامِهِ وَكَمَالِهِ، فَمَا كَانَتْ اِلاََّ سَاعَةً وَاِذَا بِوَلَدِيَ الْحَسَنِ قَدْ اَقْبَلَ، وَقَالَ السَّلامُ عَلَيْكِ يَا اُمَّاهُ، فَقُلْتُ وَعَلَيْكَ السَّلامُ يَا قُرَّةَ عَيْني وَثَمَرَةَ فُؤَادي، فَقَالَ يَا اُمَّاهُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً، كَاَنَّهَا رَائِحَةُ جَدّي رَسُولِ اللهِ، فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّكَ تَحْتَ الْكِسَاءِ، فَاَقْبَلَ الْحَسَنُ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا جَدَّاهُ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَنْ اَدْخُلَ مَعَكَ تَحْتَ الْكِسَاءِ، فَقَالَ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا صَاحِبَ حَوْضي، قَدْ اَذِنْتُ لَكَ، فَدَخَلَ مَعَهُ تَحْتَ الْكِسَاءِ، فَمَا كَانَتْ اِلاََّ سَاعَةً وَاِذَا بِوَلَدِيَ الْحُسَيْنِ قَدْ اَقْبَلَ، وَقَالَ السَّلامُ عَلَيْكِ يَا اُمَّاهُ، فَقُلْتُ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا قُرَّةَ عَيْني وَثَمَرَةَ فُؤَادي، فَقَالَ لي يَا اُمَّاهُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً، كَاَنَّهَا رَائِحَةُ جَدّي رَسُولِ اللهِ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ فَقُلْتُ نَعَمْ اِنَّ جَدَّكَ وَاَخَاكَ تَحْتَ الْكِسَاءِ، فَدَنَي الْحُسَيْنُ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا جَدَّاهُ، اَلسَّلامُ عَلَيْكَ يَا مَنِ اخْتَارَهُ اللهُ، اَتَاْذَنُ لي اَنْ اَكُونَ مَعَكُمَا تَحْتَ الْكِسَاءِ، فَقَالَ وَعَلَيْكَ السَّلامُ يَا وَلَدي وَيَا شَافِعَ اُمَّتي، قَدْ اَذِنْتُ لَكَ فَدَخَلَ مَعَهُمَا تَحْتَ الْكِسَاءِ فَاَقْبَلَ عِنْدَ ذلِكَ اَبُوالْحَسَنِ عَلِيُّ بْنُ اَبي طَالِبٍ، وَ قَالَ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللهِ، فَقُلْتُ وَ عَلَيْكَ السَّلامُ يَا اَبَا الْحَسَنِ وَ يَا اَميرَ الْمُؤْمِنينَ فَقَالَ يَا فَاطِمَةُ اِنّي اَشَمُّ عِنْدَكِ رَائِحَةً طَيِّبَةً كَاَنَّهَا رَائِحَةُ اَخي وَ ابْنِ عَمّي رَسُولِ اللهِ، فَقُلْتُ نَعَمْ هَا هُوَ مَعَ وَلَدَيْكَ تَحْتَ الْكِسَاءِ، فَاَقْبَلَ عَلِيٌ نَحْوَ الْكِسَاءِ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَنْ اَكُونَ مَعَكُمْ تَحْتَ الْكِسَاءِ، قَالَ لَهُ وَ عَلَيْكَ السَّلامُ يَا اَخي يَا وَ صِيّي وَ خَليفَتي وَ صَاحِبَ لِوَائي، قَدْ اَذِنْتُ لَكَ فَدَخَلَ عَلِيٌ تَحْتَ الْكِسَاءِ، ثُمَّ اَتَيْتُ نَحْوَ الْكِسَاءِ، وَقُلْتُ اَلسَّلامُ عَلَيْكَ يَا اَبَتَاهُ يَا رَسُولَ اللهِ، اَتَاْذَنُ لي اَن اَكُونَ مَعَكُمْ تَحْتَ الْكِسَاءِ، قَالَ وَعَلَيْكِ السَّلامُ يَا بِنْتي وَيَا بَضْعَتي قَدْ اَذِنْتُ لَكِ، فَدَخَلْتُ تَحْتَ الْكِسَاءِ، فَلَمَّا اكْتَمَلْنَا جَميعاً تَحْتَ الْكِسَاءِ، اَخَذَ اَبي رَسُولُ اللهِ بِطَرَفَيِ الْكِسَاءِ، وَاَوْمَيَ بِيَدِهِ الْيُمْنَى اِلَي السَّمَاءِ، وَقَالَ اللَّهُمَّ اِنَّ هاؤُلاءِ اَهْلُ بَيْتي وَ خَاصَّتي وَ حَامَّتي، لَحْمُهُمْ لَحْمي، وَدَمُهُمْ دَمي، يُؤْلِمُني مَا يُؤْلِمُهُمْ، وَيَحْزُنُني مَا يَحْزُنُهُمْ، اَنـَا حَرْبٌ لِمَنْ حَارَبَهُمْ، وَسِلْمٌ لِمَنْ سَالَمَهُمْ وَعَدُوٌّ لِمَنْ عَادَاهُمْ، وَمُحِبٌّ لِمَنْ اَحَبَّهُمْ، اِنَّهُمْ مِنّي وَأَنَا مِنْهُمْ، فَاجْعَلْ صَلَوَاتِكَ وَبَرَكَاتِكَ وَرَحْمَتَكَ، وَغُفْرَانَكَ وَرِضْوَانَكَ عَلَيَّ وَعَلَيْهِمْ، وَاَذْهِبْ عَنْهُمُ الرِّجْسَ، وَطَهِّرْهُمْ تَطْهيراً، فَقَالَ اللهُ عَزَّوَجَلَّ يَا مَلائِكَتي وَيَا سُكَّانَ سَمَاوَاتي، اِنّي مَا خَلَقْتُ سَمَاءً مَبْنِيَّةً، وَلا اَرْضاً مَدْحِيَّةً، وَلا قَمَراً مُنيراً، وَلا شَمْساً مُضِيئَةً، وَلاَ فَلَكاً يَدُورُ، وَلا بَحْراً يَجْري، وَلا فُلْكاً يَسْري، اِلاََّ في مَحَبَّةِ هاؤُلاءِ الْخَمْسَةِ الَّذينَ هُمْ تَحْتَ الْكِسَاءِ، فَقَالَ الاَمينُ جِبْرَائيلُ يَا رَبِ وَمَنْ تَحْتَ الْكِسَاءِ، فَقَالَ عَزَّوَجَلَّ هُمْ اَهْلُ بَيْتِ النُّبُوَّةِ، وَمَعْدِنُ الرِّسَالَةِ، هُمْ فَاطِمَةُ وَاَبُوهَا وَبَعْلُهَا وَبَنُوهَا، فَقَالَ جِبْرَائيلُ يَا رَبِّ، اَتَاْذَنُ لي اَنْ اَهْبِطَ اِلَي الاَرْضِ لاَِكُونَ مَعَهُمْ سَادِساً، فَقَالَ اللهُ نَعَمْ قَدْ اَذِنْتُ لَكَ، فَهَبَطَ الاَمينُ جِبْرَائيلُ، وَقَالَ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللهِ، الْعَلِيُّ الاَعْلَى يُقْرِئُكَ السَّلامَ، وَيَخُصُّكَ بِالتَّحِيَّةِ وَالاْءِكْرَامِ، وَيَقُولُ لَكَ وَ عِزَّتي وَ جَلالي اِنّي مَا خَلَقْتُ سَمَاءً مَبْنِيَّةً، وَلا اَرْضاً مَدْحِيَّةً، وَلا قَمَراً مُنيراً، وَلا شَمْساً مُضـيئَةً وَلا فَلَكاً يَدُورُ، وَلا بَحْراً يَجْري، وَلا فُلْكاً يَسْري، اِلاََّ لاَِجْلِكُمْ وَمَحَبَّتِكُمْ، وَقَدْ اَذِنَ لي اَنْ اَدْخُلَ مَعَكُمْ، فَهَلْ تَاْذَنُ لي يَا رَسُولَ اللهِ، فَقَالَ رَسُولُ اللهِ وَعَلَيْكَ السَّلامُ يَا اَمينَ وَحْيِ اللهِ، اِنَّهُ نَعَمْ قَدْ اَذِنْتُ لَكَ، فَدَخَلَ جِبْرَائيلُ مَعَنَا تَحْتَ الْكِسَاءِ، فَقَالَ لاَِبي اِنَّ اللهَ قَدْ اَوْحَى اِلَيْكُمْ يَقُولُ: اِنَّمَا يُريدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ، وَيُطَهِّرَكُمْ تَطْهيراً، فَقَالَ عَلِيٌ لاَِبي يَا رَسُولَ اللهِ، اَخْبِرْني مَا لِجُلُوسِنَا هَذا تَحْتَ الْكِسَاءِ مِنَ الْفَضْلِ عِنْدَ اللهِ؟ فَقَالَ النَّبِيُّ وَالَّذي بَعَثَني بِالْحَقِّ نَبِيّاً، وَ اصْطَفَاني بِالرِّسَالَةِ نَجِيّاً، مَا ذُكِرَ خَبَرُنَا هَذا في مَحْفِلٍ مِنْ مَحَافِلِ اَهْلِ الاَرْضِ، وَفيهِ جَمْعٌ مِنْ شَيعَتِنَا وَمُحِبّينَا، اِلاََّ وَنَزَلَتْ عَلَيْهِمُ الرَّحْمَةُ وَحَفَّتْ بِهِمُ الْمَلائِكَةُ، وَاسْتَغْفَرَتْ لَهُمْ اِلَى اَنْ يَتَفَرَّقُوا، فَقَالَ عَلِيٌّ اِذاً وَاللهِ فُزْنَا وَفَازَ شيعَتُنَا وَرَبِّ الْكَعْبَةِ، فَقَالَ النَّبِيُّ ثَانِياً يَا عَلِيُّ وَالَّذي بَعَثَني بِالْحَقِّ نَبِيّاً، وَ اصْطَفَاني بِالرِّسَالَةِ نَجِيّاً، مَا ذُكِرَ خَبَرُنَا هَذا في مَحْفِلٍ مِنْ مَحَافِلِ اَهْلِ الاَرْضِ، وَفيهِ جَمْعٌ مِنْ شيعَتِنَا وَمُحِبّينَا، وَفيهِمْ مَهْمُومٌ اِلاََّ وَفَرَّجَ اللهُ هَمَّهُ، وَلا مَغْمُومٌ اِلاََّ وَكَشَفَ اللهُ غَمَّهُ، وَلا طـَالِبُ حَاجَةٍ اِلاَّ وَقَضَي اللّهُ حَاجَتَهُ، فَقَالَ عَلِيٌ اِذاً وَاللهِ فُزْنَا وَسُـعِدْنـَا، وَكَذلِـكَ شيعَتُنَا فَازُوا وَسُعِدُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَرَبِّ الْكَعْبَةِ.


“Əvalim” kitabında Cabir ibn Abdullah Ənsari, Peyğəmbərin qızı Fatimə Zəhradan (s.ə) nəql edir:
Bir gün atam Rəsulullah (Allahın salamı olsun ona və əhli-beytinə) mənim yanıma gəlib dedi: “Salam olsun sənə, ey Fatimə!” Mən dedim: “Sənə də salam olsun!” Buyurdu: “Bədənimdə yorğunluq hiss edirəm.” Dedim: “Atacan, bu yorğunluqda səni Allaha tapşırıram.” Buyurdu: “Ey Fatimə, yəmani əbamı gətir, üstümə sal!” Mən onu gətirib, atamın üstünə saldım və sonra çöhrəsinə baxdım. O həzrətin üzü bədirlənmiş ay tək parlayırdı. Bir az keçməmişdi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” Dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) qoxusudur.” Dedim: “Bəli, cəddin əbanın altındadır.” Həsən əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey cəddim, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey hovuzumun (Kövsər hovuzu) sahibi! Sənə icazə verdim.” O, Rəsulullahla birgə əbanın altına girdi. Çox çəkmədi ki, oğlum Hüseyn yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” O dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, cəddin və qardaşın əbanın altındadır.” Hüseyn əbaya yaxınlaşıb dedi: “Salam olsun sənə, ey cəddim! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” O, onlarla birgə əbanın altına girdi. Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib (ə) gəlib dedi: “Salam olsun sənə, ey Rəsulullahın qızı!” Dedim: “Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!” Dedi: “Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, o həzrət sənin iki oğlunla birgə əbanın altındadır.” Əli əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim.” Əli də əbanın altına girdi. Sonra mən də əbaya tərəf gedib dedim: “Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qızım, ey bədənimin bir parası! Sənə də icazə verdim.” Hamımız əbanın altına daxil olduqda, atam Rəsulullah əbanın iki ucundan tutub, sağ əli ilə göyə işarə edərək dedi: “İlahi, bunlar mənim Əhli-beytim, xas və yaxın adamlarımdır, onların əti mənim ətim və qanı mənim qanımdır. Onlara əziyyət verən mənə əziyyət vermiş və onları narahat edən məni narahat etmişdir. Mən onlarla müharibə edənlə müharibədə və sülh edənlə sülhdəyəm. Onları düşmən bilənlə düşmənəm və onları sevəni sevirəm. Həqiqətən, onlar məndəndir və mən də onlardanam. (İlahi!) Öz salamını, bərəkətlərini, rəhmətini, məğfirət və razılığını mənə və onlara şamil et. Çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et.” Bu zaman Allah-Taala buyurdu: “Ey mələklərim və ey mənim səmalarımda sakin olanlar! Mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini məhz əbanın altında olanların məhəbbətinə xatir yaratmışam.” Cəbrail Əmin soruşdu: “Ey Rəbbim! Əbanın altındakılar kimdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, onun atası, həyat yoldaşı və oğullarından ibarət nübüvvət Əhli-beyti və risalət mədənidir.” Cəbrail soruşdu: “Ey Rəbbim! İcazə verirsənmi ki, mən də yer üzünə enib, onların altıncısı olum?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm.” Cəbrail Əmin yer üzünə nazil olub dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-Taala sənə salam yetirdi, səni Öz salamı və kəramətinə məxsus bildi və buyurdu: “İzzət və calalıma and olsun ki, mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini sizə və sizin məhəbbətinizə xatir yaratmışam.” Allah mənə icazə verdi ki, sizinlə birgə əbanın altına girim. Ey Allahın Rəsulu, mənə icazə verirsənmi?” Allahın Rəsulu dedi: “Salam olsun sənə, ey Allahın vəhyinin əmanətdarı! Bəli, sənə icazə verirəm!” Cəbrail də bizimlə birgə əbanın altına daxil oldu. Mən atama dedim: “Həqiqətən, Allah sizə vəhy edərək buyurmuşdur: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir.” Əli (ə) atama dedi: “Ey Allahın Rəsulu, mənə xəbər verə bilərsənmi ki, bizim əbanın altında olmağımızın Allah dərgahında fəziləti nədir?” Peyğəmbər (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, onlara rəhmət nazil olar və onlar yığıncaqdan çıxıb gedənə qədər mələklər onları əhatə edib, onlara üçün (Allahdan) bağışlanma diləyərlər. Əli (ə) dedi: “Allaha and olsun ki, biz və şiələrimiz nicat tapdıq. Kəbənin Rəbbinə and olsun!” Atam Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Ey Əli! Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, Allah onların qəmlərini dağıdar, qüssələrini aradan qaldırar və hacət diləyənin hacətini rəva edər.” Əli (ə) dedi: “Bu zaman Allaha and olsun ki, nicat tapdıq və səadətə yetdik. Şiələrimiz də dünya və axirətdə nicat tapıb səadətə yetdilər. Kəbənin Rəbbinə and olsun!”

Vilayet.info
Oxunub 3030 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP