Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2018

Orta əsrlər Avropa üçün cəhalət və zülmət dövrüdür...

İnkişaf üçün yanlış yollar təklif edirlər!
Yanlış yollardan qorxmaq lazımdır. Hərdən inkişaf üçün yanlış yollar təklif edirlər. Bu səhv yolların başqa bir nümunəsi bəzən bizim dövrümüzdə də görünür... Qərbə çox yüksək və əlçatmaz bir nöqtə kimi baxırlar. Adını da qoyurlar realistlik. Deyirlər ki, reallıq budur, onlar bu gün elmi baxımdan bu qədər öndədirlər, müxtəlif sahələrdə bu qədər inkişaf etmişlər, humanitar elmlərdə, ictimai məsələlərdə, siyasi məsələlərdə bu qədər yeni və kreativ nəzəriyyə irəli sürüblər, biz bunların tozuna da çata bilmərik. Yəni onlarda belə bir hiss mövcuddur. Mən özüm dəfələrlə belə insanlarla rastlaşmışam. Onlar ya açıq, ya yarımaçıq şəkildə, ya da dolayısı ilə deyirdilər ki, biz əlbəttə ki, hərəkət etməliyik, amma gərək bunların ardınca gedək; biz nəinki bunlardan önə keçə, heç bunların tozuna da çata bilmərik; nə üçün əbəs yerə özünüzə zəhmət verirsiniz?! Bu da bir yanlış yoldur.
Bunun mənası odur ki, bir xalq, o cümlədən müsəlman xalqlar həmişə Qərbin ardınca hərəkət etməyə, daim onların şagirdi olmağa məhkum olsunlar, nəinki onlardan önə keçməyə, heç o səviyyəyə çatmağa da ümid bəsləməsinlər, onlarda heç zaman belə bir hiss baş qaldırmasın. Bu çox təhlükəli və yanlış bir yoldur. Təəssüf ki, bu yol bəzi universitet müəllimləri, siyasi mütəfəkkirlər və dini natiqlər tərəfindən təbliğ olunur. Bu, uzunmüddətli bəşəri təcrübənin tam ziddinədir. Məgər Allah-Taala insanların bir hissəsini fərqli yaradıbmı və onlar həmişə öndə olmalıdırlarmı?! Hansı tarixi fakt bunu təsdiq edir? Məgər bu gün öndə olanlar bir neçə əsr bundan qabaq hər bir sahədə dünyanın geri qalmış xalqları deyildilərmi?! Məgər Avropanın Orta əsrlər dövrü tarixin yadından çıxıb?! Mən dəfələrlə demişəm ki, Orta əsrlər Avropa üçün cəhalət və zülmət dövrüdür, müsəlman xalqlar üçün yox, İran üçün yox. Adını cəhalət, nadanlıq, zülmət və yuxu dövrü qoyduqları həmin dövr bizim ölkəmizdə və müsəlman ölkələrində elm və fəlsəfənin əzəmət və inkişafı dövrü, siyasi inkişaf və siyasi iqtidar dövrü olmuşdur...

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 3072 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP