Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2018

Fələstin xalqının xilas yolu müzakirə aparmaqdırmı?

Gücdən başqa heç bir şey anlamayan işğalçı, hegemon və azğın bir rejim!
Fələstin xalqının yeganə xilas yolunun müzakirədən ibarət olduğu demək nə dərəcədə düzgündür? Kiminlə müzakirə?! Gücdən başqa heç bir şey anlamayan işğalçı, hegemon və azğın bir rejimlə?! Bu oyun və hiylə ilə özlərini ümidvar edən şəxslər nə əldə etdilər?! Onlar sionsitlərdən muxtar hökumət adlı bir şey aldılar. Təhqiramiz və həqarət dolu mahiyyətindən əlavə:
Əvvəla, işğalçı rejimin təxminən bütün Fələstinə malik olmasını qəbul etməkdən ibarət ağır qarşılıqla bitdi;
İkincisi, həmin yarımçıq və yalançı hökuməti də bir çox yerlərdə puç bəhanələrlə ayaq altında tapdadılar. Yasir Ərəfatın Ramallahdakı iqamətgahının mühasirəsi, onun müxtəlif yollarla təhqir edilməsi unudulası məsələlər deyil;
Üçüncüsü, istər Ərəfatın dövründə, xüsusən də ondan sonra muxtar hökumətin başçıları ilə öz polis rəisləri kimi rəftar etdilər. Onların vəzifəsi fələstinli mücahidləri təqib etmək, tutmaq, yerlərini, fəaliyyətlərini izləmək idi. Beləliklə, Fələstin təçkilatları arasına kin toxumu səpib onları bir-birinin canına saldılar;
Dördüncüsü, bu cüzi nailiyyət də yalnız təslim olmayan kişi və qadınların qeyrətli müqaviməti və mücahidlərin cihadı sayəsində əldə edildi. Əgər intifazə olmasaydı, sionistlər Fələstinin ənənəvi başçılarının onların qarşısında əzildiyinə görə bu qədərini də heç zaman verməzdilər.
Yoxsa ABŞ və İngiltərə ilə müzakirə?! Bu xərçəng vəzisini yaratmaqda və dəstəkləməkdə ən böyük günaha onlar batıblar və özləri vasitəçi olmazdan öncə, münaqişə tərəfidirlər. ABŞ dövləti heç zaman özünün sionizm rejiminə və hətta onun aşkar cinayətlərinə, o cümlədən son Qəzzə macərasına qeyd-şərtsiz dəstəyini dayandırmamışdır.
Hətta Buş hökumətinin siyasətlərində dəyişiklik şüarı ilə iş başına gəlmiş yeni ABŞ prezidenti də İsrailin təhlükəsizliyinə dair qeyd-şərtsiz öhdəlikdən dəm vurur; yəni dövlət terrorizmini, zülm və zorakılığı, iyirmi iki gün ərzində yüzlərlə fələstinli kişi, qadın və uşağın qətliamını müdaifə. Bu elə Buş dövrünün yanlışlığıdır, ondan geri qalmır.
Birləşmiş Millətlər Təşkilatına bağlı qurumlarla müzakirə də başqa bir qısır cəhətdir. Birləşmiş Millətlər Təşkilatı bəlkə Fələstin məsələsi kimi az məsələdə belə ifşaedici və rüsvayçı sınağa məruz qalmışdır.

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 3336 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP