Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2018

İŞİD öldü, İŞİD təfəkkürü yaşayır...

İbrahim Hatəmikia: Nə qədər nəfəsim var hərəm müdafiəçilərinə və məmləkətimə borcumu yerinə yetirəcəyəm!
Dünya miqyasında tanınan İran kinorejissoru, ssenarist İbrahim Hatəmikia özünü dini, bəşəri və milli dəyərlərin ictimailəşməsinə həsr edən nadir sənətkarlardandır. İran, region, müsəlman dünyası, eləcə də bütün dünya üçün böyük əhəmiyyət kəsb edən İŞİD mövzusuna, Xanım Zeynəb (ə) hərəminin müdafiəçilərinə diqqət ayırması Hatəmikianı fərqləndirən xüsusiyyətlərdəndir. Bu işinə görə onu qınayan qərbpərəst sənətçilər az olmadı. Hətta təhqirə yol verildi. Hatəmikia isə möhkəm dayandı, kameraları döyüş meydanın mərkəzində qurdu.
Hatəmikia deyir: Hərəm müdafiəçilərinin üzərimizdə böyük haqqı var. Nə qədər ki nəfəsim var hərəm müdafiəçilərinə və məmləkətimə borcumu yerinə yetirəcəyəm! “Be vəqte şam” (Şam vaxtı) filminin nümayişi haşiyəsində şəhid ailələri ilə görüşən rejissor bu filmin izləyiciləri peşman etməyəcəyinə ümidli olduğunu söyləyib. Hatəmika deyib: İŞİD məhv olsa da, İŞİD təfəkkürü yaşayır və biz öz sənətimizlə buna qarşı mabarizəni davam etdirməliyik...

Vilayet.info
Oxunub 3153 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP