Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2018

Sizə Cəfəri deyirlər, amma siz Cəfəri adlanmağa layiq deyilsiniz!

Cəfəri adlanan guşənişin dəstə
İmam Sadiqin (ə) şagirdlərindən olan Əbil-Səbbah Mədinədə İmamın görüşünə gedib deyir: Ağa, biz Kufədə guşənişin olmuşuq. Xalq bizi ayrı dəstə sayıb deyir ki, bunlar cəfəridirlər. Belə ki, bizi müsəlmanlardan ayrı bilirlər.
Əbil-Səbbah gileylə deyir ki, bizi məzəmmət edirlər. Məlum olur ki, o zaman Kufədə şiə az olub. Fəza elə olub ki, Cəfərilər diğərlərindən fərqli və ayrı hesab olunarmışlar.
Həzrət İmam (ə) Əbil-Səbbahın bu sözünə görə narahat olur. Həzrət şiələrin məzəmmət edilməsinə görə yox, özünü Əhli-beytə (ə) bağlayıb bu adla tanınan dəstənin buna layiq olmamasından narazı qalır. Əgər bu adla tanınan qrup saleh və seçilmiş fərdlər olsaydı həzrət qəzəblənməzdi.
İmam (ə) buyurur: Nahaq sizə Cəfəri deyirlər. Cəfərin səhabləri sizin aranızda çox azdır. Şübhəsiz, Cəfərin səhabələri o kəslərə demək olar ki, son dərəcə təqvalı və pəhrizkar olsunlar, Allah üçün çalışsınlar. Belələri Cəfəridir. İrad bundadır ki, sizə Cəfəri deyirlər, amma həqiqətdə siz Cəfəri olmaq ləyaqətinə malik deyilsiniz.

Ustad Misbah Yəzdi

Vilayet.info
Oxunub 2069 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP