Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

Harunla bir cəmiyyətdə yaşamaq ağrısı!

İmam Kazimin (ə) vəfat ildönümü
Harun aşpazına əmr edir ki, onun üçün cavan dəvə ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cəfər Bərməki deyir: Xəlifənin bu yeməyinin hər tikəsi dörd yüz min dirhəmə başa gəlib! Harun təəccüblənir. Bərməki başa salır ki, bir müddət bundan qabaq xəlifə belə bir yemək istəmişdi, həmin vaxt bu yemək hazırlanmamışdı. O gündən başlayaraq hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır!
Müsəlmanların malını israf etmək, ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı, ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olur, əmr edir ki, bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə kimi paylasınlar.
Əbu Yusif xəlifənin bu işinə don geyindirmək üçün gözəl bir plan hazırlayır, xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cəfər Bərməkiyə tutub soruşur: Kəsilən dəvələrin əti xarab olurdu, yoxsa camaat onu istifadə edirdi?
Cəfər cavab verir ki, camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək deyir: Xəlifə, muştuluq, böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır!!
Təkcə bu hadisəni nəzərə aldıqda İmam Museyi-Kazimin (ə) işinin nə qədər ağır olduğunu anlamaq çətin deyil. Həzrət əsl simasını gizlədərək özünü ədalətli və mömin xəlifə adlandıran Harun kimi hiyləgər biri ilə üzbəüz idi. İmam Kazim (ə) Harunun hiylə, riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğat aparmaq məcburiyyətində idi...

Mehdi Pişvayi

Vilayet.info
Oxunub 3616 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP