Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

Həzrət Məhəmməd (s) nə zaman peyğəmbərliyə seçilib?

Məbəs bayramı
Məbəs günü ilə bağlı şiə və sünni məktəbləri arasında fikir ayrılığı var. Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, həzrətin besəti Ammul-filin (Fil ilinin) 40-cı ili, rəcəb ayının 27-sinə təsadüf etmişdir və bütün şiə alimləri bunu təsdiqləyir.
Sünnə əhli alimlərinin məşhur nəzərinə əsasən, Peyğəmbərin (s) besəti Ammul-filin 40-cı ili, ramazan ayında olmuşdur. Hadisənin ramazan ayının neçəsində baş verməsi haqda yenə də fikir ayrılığı var: bir qrup ayın 17-si, bir qrup 18-i, digər bir qrup isə 24-ünü besət tarixi kimi qeyd edir. Besətin gecə və ya gündüz olması barədə də sünnə əhli arasında ixtilaf mövcuddur. Əhli-sünnə alimlərinin başqa bir dəstəsi rəbiul-əvvəl ayının 12-sini, digər bir dəstəsi isə həmin ayın 10-unu besət tarixi kimi qəbul edir.
Əhli-sünnə alimlərindən bir qrupu təsəvvür edir ki, Peyğəmbərin (s) besəti Quranın nazil olması ilə yanaşı olmuşdur. Çünki “Bəqərə surəsinin 85-ci ayəsinə əsasən – “Ramazan ayı, Quranın nazil olduğu aydır...”. – Quran ramazan ayında nazil olmuşdur. Deməli, Peyğəmbərin (s) besəti də həmin ayda gerçəkləşmişdir. Lakin bu fikir bir sıra dəlillərə əsasən düzgün deyildir:
Təfsirçilərin nəzəri və ərəb lüğətinə əsasən «انزال» “inzal” kəlməsi ilə istifadə olunan ayələr Quranın "tədricən" deyil, “birdəfəyə” nazil olması mənasınadır.
Bir çox əhli-sünnə aliminin nəzərinə əsasən, Quranın “birdəfəyə” nazil olması yalnız “Beytul-məmur”da baş vermis və ondan sonra tədricən nazil olmuşdur.
Süyuti Durrul-mənsur kitabında sözü gedən ayəni təfsir edərkən İbn Abbasdan belə bir hədisi nəql edir: “O mübarək gecə Qədr gecəsidir və o gecə ramazan ayının gecələrindəndir. Quran həmin gecədə bütövlükdə “Zikr məqamı”ndan “Beytul-məmur”a nazil olmuşdur. Daha sonra isə əmr və qadağa, halal-haram, eləcə də döyüşlərlə bağlı olaraq tədricən həzrət Mühəmmədə (s) nazil olundu.”
Nəticə etibarı ilə əhli-sünnə alimlərinin nəzərincə, Peyğəmbərin (s) besətinin Quranın nazil olması ilə eyni zamana təsadüf etməsi məqbul sayılmır.

Ayətullah Məkarim Şirazi

Vilayet.info
Oxunub 3437 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP