Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2018

“Bizim şiələri rəngi qaçmış halda görərsən”

Hava qaralanda nə edirik?
İmam Baqir (ə) buyurur: Bizim şiələrimizin əlamətləri var. Birinci əlamət budur ki, onlarla üz-üzə gələn hər kəs rənglərini qaçmış görər. “Şaheb”, yəni rəngi qaçmış. Sonra buyurur: Arıqdırlar, dodaqları qurudur, qarınları acdır... Necə belə olublar?
Mümkündür bu rəvayəti eşidən bəzi qəlbi pak, sadə gənclər calışalar ki, aclıq və yuxusuzluqla arıqlayıb, saralıb “şiə” olsunlar. Nəzərdə saxlayın ki, bu sifətlər əksəriyyətə aiddir. Bu vəsflər özü məqsəd deyil. Rəngin qaçması özü dəyər sayılmır. Şiələrin rəngələri ona görə qacıb ki, onlar gecə ibadət edib sübh tezdən qalxırlar. Məqsəd budur ki, şiələr sübh tezdən yuxudan qalxır və qarınqulu deyillər ki, daim yemək fikrində olalar. Yəni bunlar qarına qulluq əhli deyillər və ancaq lazımi həddə Allahın nemətlərindən istifadə edirlər. Bu nöqtə bizim zehnimizə o qədər uzaqdır ki, eşidəndə bəlkə də təəccüb edərik. Bəndənin bu rəvayətləri seçib oxumasına səbəb bu oldu ki - əlbəttə məlum deyil ki hansına əməl edəcəyik - amma ən azı bu rəvayətləri bilək. Bilək ki, Əhli-beyt (ə) nəyi bəyənirdi və necə düşünürdü.
Hava qaralan vaxt biz neyləyirik? Çoxu elə hava qaralan kimi gəzməyə çıxır, gecə gəzintisinə. Gecə gəzintisi bugünkü cavanlar üçün adi işlərdən biridir. Çölə çıxmağa təpəri olmayanlar evdə televizorun qarşısında əyləşir. Gecənin sonuna kimi, bu kanaldan o kanala, bu filimdən o biri filmə. Bazar, gəzinti, televizor və bunlar kimi digər işlər. Neçə faiz belə deyil?! Bizim ümumi proqramımız bunlardır. Amma İmam (ə) buyurur: Şiələrimiz hava qaralan vaxt yataqlarına tərəf gedirlər ki, istirahət edələr, sonra öz ibadətlərini davam etdirələr...

Ustad Misbah Yəzdi

Vilayet.info
Oxunub 3053 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP