Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

Hiylə: Xalqın zehnini düşmənlərdən yayındırmaq!

Deyirlər ki, siz hər şeyi düşmənin boynuna atırsınız...
Düşmənin sərmayə qoyduğu bir xətt var: xalqın zehnini düşmənlərdən yayındırmaq! Biz cəmiyyətdə yaranan çoxlu problemlərdə və müxtəlif çatışmazlıqlarda daxildəki şəxsi və ictimai təqsirləri inkar etmirik; buna heç bir şübhə yoxdur, kimsə bunu inkar etmir. "Sənə yetişən hər bir yaxşılıq Allahdan, sənə üz verən hər bir pislik isə özündəndir". Bu bəllidir. Düşmən bizə zərbə vurdusa və bu zərbə təsirli oldusa, bu da özümüzdəndir; buna şübhə yoxdur. Ühüd döyüşündə düşmən hücum edib zərbə vuranda əslində müsəlmanlar özləri zərbə vurdular. Bu məlumdur, amma məsələ burasındadır ki, insan zərbə vurulmasını istəmirsə, düşmənin əlini, gizli planını görməlidir. Vurulmamaq üçün diqqətli olmağın şərtlərindən biri bizə zərbə vurmaq istəyən düşməni görməkdir. Bunu unutmaq olmaz. Xüsusən görkəmli və aparıcı şəxslərə düşmənin təsirini unutdurmaq düşmənin təlqin və təbliğ etdiyi xətlərdən biridir. Şübhəsiz ki, bu iş üçün müxtəlif yollar vardır. Kimsə düşməndən danışan kimi deyirlər ki, siz hər şeyi düşmənin boynuna atırsınız. Bəli, düşmən var, nə üçün onu görmürük? Nə üçün düşmənin bizim ixtilafımızdan, müxtəlif hadisə və müsibətlərimizdən yaranan böyük sevincini görmürük? Səbəbkar şəxsləri həvəsləndirirlər. Orada böyük bir ölkənin başçısı adamların adlarını çəkir. Bu, düşmənlik yaratmaq deyil bəs nədir?! Quruluşun əleyhdarlarının adlarını çəkib tərifləyir və deyirlər ki, biz onun şücaətinə heyran olduq. Nə üçün? Çünki onların xoşuna gələn bir söz demişdir. Bunları görmək, bunlara diqqət yetirmək və düşmənin düşmənliyini yaddan çıxarmamaq lazımdır.
ABŞ hökuməti İran xalqının tərəfdarı olduğunu elan edir. Bu o deməkdir ki, guya biz (Amerika) İslam Respublikası quruluşuna qarşı pis münasibətdəyik, amma xalqı sevirik. Xalq bu quruluşladır. Bu quruluş xalqdan ayrı deyil. Bu, düşmənin hiylələridir. Bunları görmək və anlamaq lazımdır. O əlbəttə ki, düşmənliyini edir; təbii məsələdir. Amma bizim onun düşmənliyini anlamamağımız və yaddan çıxarmağımız məqbul deyil. 

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 3584 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP