Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2018

Cahiliyyət şəhvət və qəzəbin həyatımıza hakim olmasıdır!

Cahiliyyət elmdən məhrumluqdur?
İslam leksikonunda cahiliyyət əziz Peyğəmbərin (s) risalətinin doğuşundan əvvəlki dövrdür. Təsəvvür etməməliyik ki, bu cahiliyyat Ərəbistan yarmadası, Məkkə, Hicaz ərəbləri və başqa nöqtələrə aid olub, xeyr. Bu cahiliyyət ümumi olub. O zaman İran da, Rum da cahiliyyət bataqlığında qərq olmuşdu. İslam və Peyğəmbərin besəti bütün bu cahiliyyətlə mübarizə üçün gəldi. Cahiliyyət təkcə elmdən məhrumluq deyil. İslam leksikonunda cahiliyyətin çox geniş mənası var. Cahiliyyətin bir hissəsi elmdən məhrumluqdur. Amma geniş mənada cahiliyyət insanın şəhvət və qəzəb qüvvəsinin həyat fəzasına qalib gəlməsi, hakim olmasıdır. Cahiliyyət budur. Cahiliyyət, yəni bəşər cəmiyyətinin xüsusilə hakimlərin şəhvət və qəzəb meyllərinin əsarətinə düşməsi ilə onda fəzilətlərin məhv olması, rəzalətlərin hakim olması. Bu olur cahiliyyət.

Ayətullah Xamenei

Vilayet.info
Oxunub 3126 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP