Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Dəbdəbəçiliyin kökü

Höccətülislam vəlmüslimin Nasir Rəfii İmam Riza (ə) hərəminin zəvvarları qarşısında çıxışında deyib:

İslam ümməti ailə institutunu Peyğəmbər (s) və Əhli-beyti (ə) nümunə götürməklə möhkəmləndirə bilər.
Sadə həyat tərzi, elgözünə yaşamaqdan çəkinmək həyatı şirinləşdirir, dolanışıq xərclərini azaldır.
İslam ailə büdcəsinə düzgün müdiriyyət, israfa yol verilməməsini istəyir. Dinimiz insanların rahat, rifah içində yaşamasına müxalif deyil.
Dəbdəbəçiliyin kökü çox vaxt ətrafla rəqabət hissində olur. İnsan öz qazancını nəzərə almadan dəbdəbəli yaşamağa çalışır.
Olanlarımızla kifayətlənsək, israf etmərik, ehtiyacdan artıq istəmərik.
Əgər İslam sadəliyə çağırırsa, insanları israfdan çəkindirmək istəyir...

Ustad Rəfii söhbətində Qarun haqqında ayələri xatırladıb:

Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara (İsrail oğullarına) qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “Qürrələnib sevinmə. Şübhəsiz ki, Allah (qürrələnib) sevinənləri sevməz!
Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”
Qarun dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdi?! Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar.
Qarun faxir libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!”
Axirət barəsində elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər çatar!”
Qarunu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi.
Dünən onun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: “Vay! Heç demə, Allah öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”
Qəsəs surəsi, ayə 76-82

Vilayet.info
Oxunub 4639 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP