Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Avqust 2014

Təbatəbai Vilayəti-Fəqih haqqında

İmam Xomeyni adına Tədris və Araşdırma İnstitutunun rəisi Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi deyir: Əllamə Təbatəbai əqli və fəlsəfi elmlərdə yeni prinsiplərin əsasını qoydu. Əllamə və onun fəaliyyətlərini əqli İslam elmlərində dönüş nöqtəsi saymaq olar.
Bu barədə ustad Misbah Yəzdi "Əlmizan"da Əllamə Təbatəbai düşüncəsi adlı beynəlxalq konfransın katibi və təşkilat komitəsi ilə görüşdə danışıb. Ustad deyib ki, böyük şəxsiyyətləri tanımaq üçün Qurandan öyrənməliyik. Quranın tərbiyə üsullarından biri budur ki, peyğəmbər və qeyrilərinin rəftarlarından danışır. Peyğəmbər və müsəlmanlara tapşırılır ki, bu şəxslər yada salınsın.
Ayətullah Misbah Yəzdi deyib: Bu göstəriş özünütərbiyə üçün bir metoddur. İslam şəriətində müxtəlif formalarda bu prinsipdən istifadə olunmuş, qaydalar irəli sürülmüşdür... kiçik və zərif əməllərdən tutmuş namaz kimi böyük əməllərə qədər hər yerdə peyğəmbərin adı çəkilir. Bəzi adi işlərdə də ilahi peyğəmbərləri yada salmaq müstəhəb sayılır.
Ayətullah Misbah Yəzdi deyir: Bu məktəbdə tərbiyə almış insanlar Əhli-Beytin yolunu dirçəltmişlər. Onların xatırlanması ilahi övliyaların xatırlanmasıdır.
Ayətullah Misbah Yəzdi belə şəxslərin necə seçilməsi barədə buyurub: Bu iş islam dəyərləri çərçivəsində formalaşıb. Baxılır ki, bu insanlar dini oyanış, İslam hökmlərinin yaşaması üçün nə iş görürlər... Şiə tarixində adında bərəkət olan insanlar çoxdur. Bu insanlar İslam, dini göstərişlər, Əhli-Beyt (ə) yolunun səhnədə qalmasına çalışıb və müvəffəq olublar.
Ustad Misbah Yəzdi Quran və İslama böyük xidmətindən dolayı Əllamə Təbatəbaini yada salıb: Dini maarif və şiəliyə onun kimi yardım edən insan azdır. Şəhid Mütəhhəri Əllamənin "Əlmizan" təfsiri haqqında deyir ki, mənim əqidəmcə, Əllamənin dedikləri onun düşüncəsi yox, ilahi ilhamdır.
Xibrəqan məclisinin üzvü olan ustad buyurub: Əllamə Təbatəbai kimi şəxsiyyətlərin xatirəsini yaşatmaq vacib vəzifədir. Bu iş İmam Zamanı (ə) razı salan işlərdəndir... Bu günə qədər Əllaməyə həsr olunmuş heç bir tədbir onun haqqını ödəməyib. Baxmalıyıq ki, bu iş üçün nələr etməliyik... Elmi şəxsiyyətləri hansı həddə tanıtdırmağımız özümüzün onları necə tanımağımızdan aslıdır. Bu insanın tutumu ilə bağlıdır. Əllamə Təbatəbainin şəxsiyyəti çox geniş və gözəgəlimlidir. Əllamənin təfsirdən əlavə başqa elmi əsərləri də olub... Qumda təhsil alan müctəhidlərin demək olar ki, hamısı Əllamənin şagirdləridir.
Ustad Misbah Yəzdi Əllamənin özü üçün heç bir imtiyaz nəzərdə tutmadığını yada salıb: Bu alimin fəlsəfə sahəsində fəaliyyətləri şücaətli bir addım idi. O əqli elmlərə, fəlsəfəyə yeni prinsiplər gətirdi. Əllamə və onun fəaliyyətləri bu yolda dönüş nöqtəsi sayıla bilər.
Ayətullah Misbah Yəzdi buyurub: Əllamə Təbatəbainin əsərlərində mühüm mövzulardan biri Vilayəti-Fəqih nəzəriyyəsidir. Çoxlarının diqqəti bu mövzudan yayınıb. Bəzilərinin bu mövzu ilə bağlı yanlış təsəvvürü var... "Əlmizan"ın ictimai mövzularda bölmələrində vilayəti-fəqih haqqında ciddi nöqtələr bəyan olunub... Əllamənin Vilayət məqaləsi elə bir dövrdə yazılıb ki, o zaman Vilayəti-fəqihlə bağlı sual da yox idi. Əllamənin fəaliyyətləri yaradıcı və yeni idi. Həmin dövrlə bağlı dəqiq məlumatımız olmadığından Əllamənin sözlərini düzgün qiymətləndirmək çətindir. Dövrümüzdə alim kitab yazanda ona yaradıcı qrup kömək edir elmi axtarış imkanları genişdir. Amma Əllamə Əlmizanı yazanda nə köməkçisi vardı nə də maddi durumu yaxşı idi... Əllamə Təbatəbai bəzi fərdlər və qrupların sərt münasibəti ilə üzləşsə də öz işini ixlasla davam etdirirdi. O elə bir kitab yazıb ki, müasir dövrümüzdə heç bir alim o kitabdan ehtiyacsız deyil.
Ustad Misbah Yəzdi Əlmizan sayəsində Quran təfsirinin hövzə proqramlarında yer aldığını bildirib: Keçmiş zamanda kimsə təfsiri dərs proqramından saymırdı... Heç bir insan kamil xəlq olunmayıb və tədricən kamilləşir. Məsumlardan başqa nöqsansız şəxs yoxdur. Bunu sizin konfrans işinizə bəzən irad tutulduğu üçün deyirəm. İnsaflı adamlar hər vaxt yox, işiq göz qamaşdıranda eynək taxırlar. Adi halda qara eynək taxıb hər şeyi qara rəngdə görmək olmaz.

Vilayet.nur-az.com
Oxunub 5468 dəfə
در حال ارسال اطلاعات...
Go to TOP